Icma.az
close
up
RU
“Bəhramov”da çempionluq, Zirədə 4 cü yer uğrunda taleyüklü görüş!

“Bəhramov”da çempionluq, Zirədə 4 cü yer uğrunda taleyüklü görüş!

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Bu gün premyer-liqada 28-ci tura start veriləcək.

"Football-plus.az" xəbər verir ki, üç gün ərzində keçiriləcək bütün görüşlər “CBC Sport”da, “Qarabağ” – “Sabah” matçı həm də “İdman TV”də canlı yayınlanacaq.
Misli premyer-liqası
3-cü dövrə, 28-ci tur
17 aprel
Araz-Naxçıvan – Turan Tovuz

“Araz-Naxçıvan”ın bu rəqiblə ev oyunlarının balansı: 5:+1=2-2, 3:6.
2023/24 – 0:3, 0:1; 2024/25 – 1:0, 1:1; 2025/26 – 1:1.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 20-40-40.
Hakimlər: RAUF CABBAROV, Akif Əmirəli, Şirmamed Mamedov, İslam Məmmədov.
VAR hakimi: Fərid Hacıyev.
VAR hakiminin köməkçisi: Rəhman İmami.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Sumqayıt, “SOCAR Polymer Arena”. Saat 17.00.
Son iki turda “Sabah”la “Neftçi”yə uduzan “Araz-Naxçıvan avrokuboklara vəsiqə şansını böyük ölçüdə itirdi. “Qırmızı-ağlar”ı indi də “Turan Tovuz” kimi ciddi rəqiblə oyun gözləyir. Düzdü, komanda 4-cü sırada qərarlaşan “Zirə”dən cəmi 5 xal geridədi. Ancaq son aylarda yalnız özündən aşağı pillələrdə olan rəqiblərə qalib gələ bilən kollektivin 3-cü yerdə olan “bozqurd”u məğlub edəcəyinə inanmaq sadəlövhlük olar. Axı qərb təmsilçisinin həm mövqeyi, həm də mövsümlük hədəfin biraddımlığına çatması istər fiziki, istərsə də pisixoloji durumun üst səviyyədə olduğundan xəbər verir.
Bu komandalar indiyə qədər 10 dəfə üz-üzə gəlib. Həmin görüşlərin 3-də “Araz-Naxçıvan”, 5-də “Turan Tovuz” qələbə qazanıb, 2-də qalib müyyənləşməyib. Topların nisbətində “bozqurd” öndədi – 14:8.
Zirə - Neftçi
“Zirə”nin bu rəqiblə ev oyunlarının balansı: 19:+11=3-5, 22:15.
2015/16 – 2:0, 3:0; 2016/17 – 2:0, *; 2017/18 – 1:0, 0:3; 2018/19 – 1:2, 0:0; 2019/20 – 1:0; 2020/21 – 1:0, 1:0; 2021/22 – 1:2, 1:0; 2022/23 – 0:3, 1:1; 2023/24 - 1:1, 3:1; 2024/25 – 2:0, 1:2; 2025/26 – 2:2.
* texniki nəticə top fərqində nəzərə alınmayıb.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 30-30-40.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Namiq Hüseynov, Zöhrab Abbasov, Kamran Əliyev.
VAR hakimi: Nicat İsmayıllı.
VAR hakiminin köməkçisi: Eyyub İbrahimov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Zirə, İdman Kompleksinin stadionu. Saat 19.30.
Söhbət təkcə paytaxt derbisindən yox, həm də 4-cü və 5-ci pillədə qərarlaşan komandaların duelindən gedir. Heç şübhəsiz, bu gün Zirədə “qan su yerinə axacaq”. Çünki avrokuboklara vəsiqə uğrunda mübarizə aparan komandaların qarşılaşmasında hər iki tərəf qələbədən başqa nəticə tanımaq istəməyəcək. Düzdü, ilk baxışdan “sülh” “qartallar” üçün sərfəli görünür. Lakin “ağ-qaralar”ın ehtiyatda bir oyununun qaldığını nəzərə almalıyıq. Digər tərəfdən, Yuri Vernidubun komandası ardıcıl 4 oyunda qalib gəlibsə, Rəşad Sadıqovun komandası lider “Sabah”ın meydanında xal qazanıb. Üstəlik kubokda da finala vəsiqə əldə etməyə yaxındılar.
Komandalar indiyə qədər 40 dəfə qarşılaşıb. Bunların 15-də “qartallar”, 14-də “ağ-qaralar” qalib gəlib, 11-də heç-heçə qeydə alınıb. Topların nisbətində “Neftçi” öndədi - 46:43.
18 aprel
Karvan-Yevlax – Şamaxı

“Karvan-Yevlax”ın bu rəqiblə ev oyununun balansı: 1:+0=0-1, 0:3.
2025/26 – 0:3.
Cəzalılar: Dioqo Balau, Rikardo Fernandeş (hər ikisi “Şamaxı”).
“Futbol+”in proqnozu: 30-30-40.
Hakimlər: EMİN ƏLİYEV, Zeynal Zeynalov, Müslüm Əliyev, Rəşad Əhmədov.
VAR hakimi: Əli Əliyev.
VAR hakiminin köməkçisi: Rahil Ramazanov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Yevlax, şəhər stadionu. Saat 15.30.
Ötən həftə “Kəpəz”i darmadağın edən “Karvan-Yevlax” 11-ci sırada olan “Qəbələ” ilə aradakı xal fərqini azaltdı. Heç şübhəsiz, bu səbəbdən həm klubda, həm də azarkeşlərdə ruh yüksəkliyi var. Hər halda, Fizuli Məmmədovun oyunsonrası mətbuat konfranslarında səsləndirdiyi iddialı açıqlamanı başqa cür yozmaq olmur. Ancaq irəliləmək üçün davamlılıq şərtdi ki, yevlaxlılar premyer-liqada qalmaq istəyirsə, “Şamaxı”nı da məğlub etməyə məcburdu. İş ondadı ki, “şirlər” heç vaxt bu rəqibə şans verməyib. Yəni meydan sahibləri uğur qazanmaq istəyirsə, ilkə imza atmalıdı. Ayxan Abbasovun komandasının son iki turda “Zirə” və “Qarabağ”dan xal qopardığını da unutmamalıyıq.
İndiyə qədər bu komandalar arasında keçirilən hər iki matçda “Karvan-Yevlax” uduzub. Topların nisbəti belədi – 0:6.
Qarabağ – Sabah
“Qarabağ”ın bu rəqiblə ev oyunlarının balansı: 15:+8=7-0, 37:16.
2018/19 – 1:1, 3:0; 2019/20 – 2:0, 0:0; 2020/21 – 2:0, 2:0; 2021/22 – 5:1, 1:1; 2022/23 – 4:3, 1:1; 2023/24 - 2:0, 3:3; 2024/25 – 3:2, 1:1; 2025/26 – 3:3.
Cəzalı: Umarali Raxmonaliyev (Sabah).
“Futbol+”in proqnozu: 30-40-30.
Hakimlər: ELÇİN MƏSİYEV, Elşad Abdullayev, Pərvin Talıbov, İnqilab Məmmədov.
VAR hakimi: Tural Qurbanov.
VAR hakiminin köməkçisi: Cəmil Quliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu. Saat 19.30.
Ölkənin ən güclü komandalarının münasibətlərinə aydınlıq gətirəcəyi oyun həm də çempion mübarizəsinin bitməsiylə nəticələnə bilər. Bəli, “Qarabağ” “doğma divarlar” arasında uduzacağı təqdirdə kubokla rəsmən olmasa da, qəlbən vidalaşacaq. O başqa məsələ ki, “köhlən atlar”ın hələ “Şamaxı” ilə “sülh”ə razı olarkən bütün şanslarını itirdiyini düşünənlər var. Düzdü, “Sabah” “Bəhramov”da 1 xal üçün də oynaya bilər. Ancaq hər iki komandanın hücumameyilli oyun tərziylə daha uğurlu çıxış etdiyini nəzərə almaq, hər iki komandanın məhz qələbə üçün tər tökəcəyini düşünmək lazımdı.
Bu komandalar indiyə qədər 29 dəfə üz-üzə gəlib. Bunların 15-də “köhlən atlar”, 3-də “bayquşlar” qələbə qazanıb, 11-də qalib müəyyənləşməyib. Topların nisbətində ağdamlılar öndədi – 54:29.
19 aprel
Kəpəz – İmişli

Cəzalı: Ehtiram Şahverdiyev (Kəpəz).
“Futbol+”in proqnozu: 30-30-40.
Hakimlər: KAMAL UMUDLU, Vüsal Məmmədov, Orxan İbişov, Namiq Bəkirov.
VAR hakimi: Elvin Bayramov.
VAR hakiminin köməkçisi: Rəşad Əhmədov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Yevlax, şəhər stadionu. Saat 15.30.
Azər Bağırov demişkən, “Qarabağ”la matçdan sonra “Kəpəz”i tanıya bilmirik. Gəncəlilər əvvəl 11-ci sırada olan “Qəbələ”yə, ardından sonuncu pillədə olan “Karvan-Yevlax”a uduzdu. Halbuki mümkün qələbələr “saırı-göylər”in elitada qalıb-qalmayacağıyla bağlı suala böyük ölçüdə aydınlıq gətirə bilərdi. Yenə də gələcəyə baxmaqdan başqa çarə yoxdu. İndi “Kəpəz” “İmişli”ni məğlub etməyə çalışacaq ki, xal ehtiyatını artırsın. Sadəcə, önəmli məqam var: 14 oyundu qələbəyə həsrət qalan “pələnglər” ötən həftə tilsimi qırdı. Deməli, gəncəlilərin önünə daha hazırlıqlı komanda çıxacaq.
Özü də “sarı-göylər” hələ Aran təmsilçisini məğlub edə bilməyib. “İmişli” indiyə qədər keçirilən 2 matçın 1-də qələbə qazanıb, 1-də “sülh”ə razı olub. Topların nisbətində, təbii ki, Jorj Kaşkilyanın komandası öndədi – 3:0.
Sumqayıt – Qəbələ
“Sumqayıt”ın bu rəqiblə ev oyunlarının balansı: 24:+5=10-9, 21:31.
2011/12 – 1:2; 2012/13 – 0:1; 2013/14 – 2:1, 0:3; 2014/15 – 1:1, 0:2; 2015/16 – 2:2, 1:1; 2016/17 – 2:2, 2:1; 2017/18 – 0:1, 0:2; 2017/18 – 2:2, 1:0; 2018/19 - 1:1; 2020/21 – 0:1, 2:0; 2021/22 – 0:0, 0:4; 2022/23 – 1:1, 2:3; 2023/24 – 0:0, 1:0; 2025/26 – 0:0.
Cəzalılar: Daniel Beskorovaynı (Sumqayıt), İsaak Amoah (Qəbələ).
“Futbol+”in proqnozu: 40-30-30.
VAR hakimi: Kamranbəy Rəhimov.
VAR hakiminin köməkçisi: Əkbər Əhmədov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Sumqayıt, Mehdi Hüseynzadə adına şəhər stadionu. Saat 18.00.
“Sumqayıt” üçün avrokubok hədəfindən danışmaq yersiz olar. Axı iş o həddə çatıb ki, komanda nəinki irəliləyir, mövqeyini sürətlə əldən verir. Hətta hadisələrin axarı “Şamaxı” və “İmişli”nin mövsümü “kimyaçılar”dan öndə bitirməsiylə nəticələnə bilər. Əlbəttə, belə mənzərə yalnız fiasko adlandırıla bilər. Hər halda, “gənclik şəhəri”nin təmsilçisi imkanlarına görə bu rəqiblərdən xeyli üstündü. Odu ki, komanda xal ehtiyatını artırmalıdı. Premyer-liqanı tərk etmək təhlıükəsiylə üz-üzə olan “Qəbələ” də səfərdən qələbəylə qayıtmağa məcburdu. Azı ona görə ki, “futbol ili”ni sonuncu sırada bitirmək ehtimalını daha da azalda bilsin.
Bu komandalar indiyə qədər 49 dəfə arşılaşıb. Həmin görüşlərin 9-da “kimyaçılar”, 25-də “qırmızı-qaralar” qalib gəlib, 15-də hərəyə bir xal düşüb. Topların nisbətində bölgə təmsilçisi öndədi – 71:39.
Bu komandaların duelləriylə bağlı maraqlı məqamlar
// Son üç görüşdə hər iki komanda qol vurub. “Araz-Naxçıvan” evdəki son üç matçın hərəsində bir qol vurub və uduzmayıb.
// Son iki oyunda heç-heçə qeydə alınıb. “Zirə”nin son iki ev matçında hər iki komanda qol vurub.
// Hər iki matçda böyükhesablı nəticə qeydə alınıb. “Şamaxı” qol buraxmayıb və xal itirməyib.
// Son 9 oyunda hər iki komanda qol vurub. “Sabah” son 5 matçda uduzmayıb.
// “İmişli” qol buraxmayıb. “Kəpəz” evdə xal qazanmayıb.
// “Sumqayıt” son 6 görüşdə uduzmayıb. “Qəbələ” son 5 matçda qol vurmayıb.
1. Sabah 27 20 6 1 66-21 66
2. Qarabağ 26 17 5 4 55-18 56
3. Turan Tovuz 27 15 7 5 35-19 52
4. Zirə 27 11 11 5 36-30 44
5. Neftçi 26 11 10 5 44-24 43
6. Araz-Naxçıvan 27 11 6 10 37-49 39
7. Sumqayıt 27 9 5 13 35-40 32
8. Şamaxı 27 7 11 9 25-28 32
9. İmişli 27 5 11 11 20-37 26
10. Kəpəz 27 6 3 18 22-54 21
11. Qəbələ 27 5 4 18 25-43 19
12. Karvan-Yevlax 27 2 5 20 20-57 11
Bombardir: Coy-Lens Mikels (Sabah) – 18.
KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 17 Aprel 2026 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see313

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see304

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see287

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see271

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see264

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see253

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see221

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see220

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see214

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see210

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see205

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see203

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see197

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see195

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see192

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see191

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see188

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see182

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see166

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri