Bəhreyndə sirenlər işə düşüb
Icma.az bildirir, Cebheinfo portalına istinadən.
Küveytdə partlayış səslərinin eşidilməsindən sonra Bəhreyndə də hava hücumu xəbərdarlıq sirenlərinin işə düşdüyü bildirilib.
"Cebheinfo.az" xəbər verir ki, Bəhreyn Daxili İşlər Nazirliyi tərəfindən sosial şəbəkə hesabında yayılan açıqlamada ölkədə sirenlərin aktivləşdirildiyi qeyd olunub.
Bildirilib ki, Küveytdə partlayış səslərinin eşidilməsi və regionda yaranmış təhlükəsizlik vəziyyəti fonunda Bəhreyn vətəndaşlarından, eləcə də ölkədə yaşayan əcnəbilərdən sakit qalmaları və ən yaxın təhlükəsiz ərazilərə yönəlmələri xahiş olunub.
Bundan əlavə, əhaliyə hadisələrlə bağlı məlumatları yalnız rəsmi mənbələr və dövlət kanalları vasitəsilə izləmək tövsiyə edilib.
Bu arada, Küveyt ordusu da yaydığı açıqlamada hava hücumundan müdafiə sistemlərinin ölkəyə qarşı həyata keçirilən raket və pilotsuz uçuş aparatı (PUA) hücumları səbəbindən fəaliyyətə başladığını bəyan edib.
Regionda gərginliyin artması fonunda təhlükəsizlik qüvvələri vəziyyəti yaxından izləyir.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 06 İyun 2026 10:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















