Bəhruz Əhmədov HHQ nin qulluqçuları ilə görüşdü Fotolar
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Hərbi prokuror Bəhruz Əhmədov Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Namiq İslamzadə ilə birlikdə tədbir keçirərək hərbi qulluqçularla görüşüb.
“Qafqazinfo” xəbər verir ki, görüş zamanı hərbi prokuror Hərbi Hava Qüvvələrinin 44 günlük Vətən müharibəsindəki peşəkarlığından, hazırkı dövrdə HHQ-nin əhəmiyyətindən bəhs edib.
Vurğulanıb ki, hərbi qulluqçuların fiziki hazırlığı ilə yanaşı, nəzəri biliklərinin artırılması, yeni texnikaların mənimsənilərək peşəkarlıqla idarə olunması, habelə bu sahədə uğur qazanmaq üçün nizam-intizamın yüksək səviyyədə olması tələb edilir.
Hərbi qulluqçular Ali Baş Komandan İlham Əliyev tərəfindən yaradılan şəraitə görə razılıqlarını bildirib, gələcəkdə də onların qarşısında qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gələcəklərini qeyd ediblər.
Tədbirin sonunda xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr təqdim olunub və xidməti fəaliyyətlərində uğurlar arzulanıb.


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 09 Yanvar 2026 10:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















