Icma.az
close
up
RU
Bekiri: “Ağlamağa yox, işləməyə gəlmişəm”

Bekiri: “Ağlamağa yox, işləməyə gəlmişəm”

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

Misli Premyer Liqasının VII turunda səfərdə “Sumqayıt”a 1:4 hesabı ilə məğlub olan “Qəbələ”nin baş məşqçisi Yeton Bekiri oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, şimali makedoniyalı ilk növbədə qarşılaşma haqqında təəssüratlarını bölüşdü:

– Belə matçlarda erkən qollar buraxdıqdan sonra oyuna qayıtmaq həddən artıq çətindir. İki qol buraxdıq, ardından toparlanıb fərqi azaltdıq. Lakin təəssüf ki, cəmi bir neçə dəqiqə sonra üçüncü qolu buraxdıq. Bu amil komandada ciddi psixoloji gərginlik yaradır. “Qəbələ”yə gəlməzdən əvvəlki oyunları da təhlil etmişdim, orada da çox rahat və “ucuz” qollar buraxılırdı. Müdafiədə elə xətalar edirik ki, Premyer Liqadakı normal və iddialı bir komanda bu cür səhvlərə yol verməməlidir. Lakin bura gecə-gündüz çalışmaq və bu problemləri kökündən həll etmək üçün gəlmişik.

– Kaxaber Sxadadzenin dövründə də komanda bənzər  “ucuz” qollar buraxırdı. İstədiyiniz intizamlı komandanı formalaşdırmaq üçün sizə nə qədər vaxt lazımdır?

– Əlbəttə, zamana ehtiyac var. Müasir futbolda vaxt ən qiymətli resursdur, xüsusən də yeni gələn məşqçilər üçün. Səfərdə qol vurmağımıza baxmayaraq, qapımızda bu qədər rahat qollar görəndə müsbət nəticə qazanmaq imkansız olur. Rəqibin üç təhlükəli zərbəsini hamısının qolla nəticələnməsi ağır oldu. Lakin bu matçın təsadüfi bir uğursuzluq olduğuna inanmaq istəyirəm. Özümə və potensialımıza güvənirəm. Növbəti turlardan etibarən həm müdafiədə intizamlı, həm də meydanda daha yaxşı mübarizə aparan kollektiv olacağıq.

– Qısa müddətdə komandada ilk olaraq nəyi dəyişmək istəyirsiniz?

– Azərbaycan Premyer Liqasında asan rəqib yoxdur, çempionatda çox güclü klublar mübarizə aparır, xüsusən də “Sabah”. Vaxtımızın az olduğunu yaxşı dərk edirəm. İndi əsas məqsədimiz mütəmadi analizlər aparmaq və buraxılan fərdi xətaların aradan qaldırılması üzərində işləməkdir.

– Mövsümün gedişində gələn baş məşqçilər adətən uğursuzluq fonunda “heyəti mən yığmamışam” bəhanəsinə sığınırlar. Siz bu barədə nə düşünürsünüz?

– Mən bura gileylənməyə və ya ağlamağa gəlməmişəm. Bura sırf işləmək üçün gəlmişəm və keçmişdə olanlar barədə danışmaq istəmirəm. Əlimizdə olan futbolçularla maksimum nəticə verməyə çalışacağıq. Kluba, futbolçulara və çempionata böyük hörmətlə yanaşıram. Biz arxaya yox, irəliyə baxmalıyıq. Bu gün heyətdə Xayme Syerra kimi vacib bir futbolçumuz yox idi, Rafael Utziq və Endri Çekici kimi oyunçularımızın da tam formaya düşməsinə ehtiyacımız var. Həmin futbolçular da komandaya inteqrasiya olunduqdan sonra daha rəqabətə davamlı olacağıq. Ola bilsin, taktiki sistemi dəyişməyimiz müəyyən adaptasiya problemi yaradır, lakin fərdi səhvlər buraxılırsa, bu sistem yox, diqqətsizliyə görədir. Bəzən arxa-arxaya hər matçda qol buraxmaqdansa, bir oyunda çox qol buraxıb lazımi nəticəni çıxarmaq daha yaxşıdır.

Ayxan Zayıdzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 10 Oktyabr 2026 22:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see499

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see272

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see267

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see265

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see258

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see257

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see256

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see245

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see226

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see226

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see224

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see221

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see214

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see211

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see207

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see202

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see202

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see199

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri