Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Qəbələ”nin baş məşqçisi Ceton Bekiri Misli Premyer Liqasının 9-cu turunda “Araz-Naxçıvan” üzərində qazandıqları 2:1 hesablı qələbəni şərh edib.
QOL.az xəbər verir ki, mütəxəssis komandasının oyunundan, heyətin potensialından və “Qarabağ”la qarşıdakı matçdan danışıb.
- Bu, həm bizim, həm də rəqibimiz üçün çətin oyun idi. Qələbə qazanmaq vacib idi və buna nail olduq. Bununla kifayətlənməməliyik. Qələbələrimizi davam etdirməliyik. Zaman keçdikcə daha yaxşı olacağıq. İlk qolu vurmağı bacardıq, daha sonra müdafiəyə çəkildik. Bəzi məqamlar oldu ki, onlardan razı qalmadım. Bunun üzərində işləməli və səhvlərimizi düzəltməliyik. Bu heyəti mən formalaşdırmamışam, amma komandamız yaxşıdır və biz öz işimizi görürük. Oyun üslubumuzu dəyişmişik. Futbolçuların meydanda onlardan nə istədiyimi anlamaları üçün zamana ehtiyac var.
– Komandanın keyfiyyəti sizin tələblərinizi yerinə yetirməyə imkan verirmi?
– Potensialımız kifayət qədərdir. Bəzi futbolçular komandaya gec qoşulublar. Onlar optimal formaya düşməlidirlər və bundan sonra daha yaxşı olacağıq. Əla infrastrukturumuz var. Ətrafımızda yaxşı insanlar var və bu da məni işləməyə həvəsləndirir.
– Növbəti turda “Şkendiya”da işlədiyiniz vaxt qarşılaşdığınız “Qarabağ”la oynayacaqsınız. Nə deyə bilərsiniz?
– Azərbaycan xoşuma gəlir, burada güclü çempionat var. Bir çox güclü komanda çıxış edir. Öz meydanımızda yaxşı oynadıq, amma Bakıda rəqib daha üstün idi. Qurban Qurbanov güclü məşqçidir. Həm ondan, həm də “Qarabağ”dan öyrənəcəyimiz çox şey var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 23 Oktyabr 2026 19:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















