Icma.az
close
up
RU
Bel yırtığının cərrahi müalicəsi nə zaman aparılır?

Bel yırtığının cərrahi müalicəsi nə zaman aparılır?

Icma.az bildirir, Saglamolun saytına əsaslanaraq.

Bel ağrısının yalnız 3%-i əməliyyat edilməsi lazım olan bel yırtıqlarından qaynaqlanır.

Buna görə ilk tövsiyə olunan yataq istirahəti və həkim müayinəsi nəticələrinə görə ağrıkəsici və əzələ yumşaldıcı preparatlardan istifadə olunmasıdır. Bu tədbirlərə baxmayaraq ayaqlarda ağrı, ayaqlarda uyuşmazlıq və əzələ zəifliyi keçmirsə bel yırtığının həlli əməliyyatdır!

Xəstəyə tətbiq olunacaq müalicə xəstəliyin mərhələsindən asılıdır. Müayinə nəticələrinə görə həkim bel yırtığında hansı müalicə növünü tətbiq edəcəyini dəqiqləşdirir.

1. Başlanğıc mərhələsi: Bel yırtığının müalicəsi herniyanın, yəni disk yırtığının ayağa gedən sinirlərə etdiyi təzyiqin dərəcəsindən asılıdır. Sadəcə bel və ayaq ağrısı varsa, heç bir uyuşma, heç bir güc itkisi, hərəkət məhdudiyyəti yoxdursa, bel yırtığının başlanğıc mərhələsi deməkdir.

Bu vəziyyətdə xəstəyə əzələ yumşaldıcı dərmanlar, yataq rejimi və beli gücə salacaq hərəkətlərdən qaçınması məsləhət görülür. Xəstəyə veriləcək tövsiyələr aşağıdakılardır:

- Xəstə iki kiloqramdan artıq olan ağırlığı qaldırmamalıdır!(bu çəki individualdır)

- Ön və yanlara doğru əyilmək, belin bükülməsi qadağandır! Yerdən bir şey qaldırılması lazımdırsa xəstəyə oturub qaldırılması məsləhət görülür.

- Xəstələr oturduqda bel boşluğunu ləğv etmək üçün ora yastıq qoyması və fasiləsis iyirmi dəqiqədən çox oturmaması məsləhət görülür. Xəstə işinə görə uzun müddət oturmaq məcburiyyətindədirsə, ona hər 20 dəqiqədən bir gəzmək məsləhət görülür.

- Xəstənin yuxarıya doğru dartınması qadağandır! Əgər yuxarıdan bir şey alması lazımdırsa stul və ya bir nərdivana çıxıb alması məsləhət görülür.

- Xəstə belini həmişə isti saxlamalı, açıq pəncərənin və ya ventilyasiyanın qarşısında durmaması tövsiyə olunur.

- Bel və ayaq ağrısı olan xəstələr stresdən qaçmalıdırlar. Stress ağrının artmasına və lomber disk hernisinin artmasına səbəb ola bilər.

- Xəstəyə evdə qaldığı zaman yataq istirahəti tövsiyə olunur. Çox sərt yataqlar daha çox zərərlidir. Keyfiyyətli yaylı yataqda və xəstənin ən rahat vəziyyətində yatması yaxşıdır.

2. Bel yırtığının irəliləmiş mərhələsi: Əgər yuxarıdakı tövsiyələr, istirahət və əzələ yumşaldıcı dərmanlara baxmayaraq xəstənin şikayətləri davam edərsə fizioterapiya istifadə edilə bilər. Fizioterapiya bir mütəxəssisin nəzarəti altında olmalıdır. Fizioterapiya əsnasında ilk bir neçə gün ağrılarda artma ola bilər, amma xəstə fizioterapiya mütəxəssisinin təklif etdiyi müddət ərzində müalicəyə davam etməlidir.

3. Əməliyyat tələb edən vəziyyətlər:

- Fizik müalicəyə baxmayaraq xəstənin ağrıları davam edirsə

- Geri dönməyən bir güc itkisi varsa

- Ayaqda incəlmə

- Sidik tuta bilməmə varsa

- Dözülməz ağrılar mövcuddursa

- MRT şəkilərində diskdən bir parça qopduğu təsbit edilibsə həll cərrahi müdaxilədir!!

Əməliyyatla onurğa beynindən çıxan sinirlərə olan mexaniki sıxılma aradan qaldırılır.

Əməliyyat edilmədikdə və sinirin sıxılması davam edərsə, xəstə sidik saxlamama, cinsi gücün itkisi və ayaqların zəifliyi kimi problemlər yarana bilər.

Vaxtında olunmayan disk yırtığı əməliyyatından sonra bəzi pozulmalar qala bilir. Təəssüf ki, xalq arasında əməliyyat olsam şikəst qalaram, uzun müddət yataqdan dura bilmərəm, korset taxmaq məcburiyyətində qalaram və ya yırtığım təkrarlayar, təkrar əməliyyat olaram kimi inanclar mövcuddur. Mikrocərrahiyyə sayəsində belə qorxulara ehtiyac yoxdur!
Unutmayın vaxtında olunan müalicə həyat qurtarır!

.

DR. BƏHRUZ EYVAZOV,
Neyrocərrah

.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see238

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see174

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see158

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri