Belarus komandası cavab oyununu Sumqayıtda keçirəcək
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
UEFA Konfrans Liqasının birinci təsnifat mərhələsində Albaniyanın “Elbasani” və Belarusun BATE klubları arasında cavab oyununun məkanı müəyyənləşib.
İdman.Biz xəbər verir ki, BATE rəqibini Belarusda deyil, neytral meydanda qəbul edəcək. Qarşılaşma Azərbaycanda - Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda keçiriləcək.
Komandalar arasında ilk oyun bu gün Albaniyada baş tutacaq. “Elbasani” - BATE matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab oyunu isə 16 iyul, saat 21:00-da keçiriləcək.
Qeyd edək ki, BATE-nin cavab oyununu Sumqayıtda keçirməsinə səbəb UEFA-nın Belarus klubları ilə bağlı tətbiq etdiyi məhdudiyyətlərdir.
Bu mövzuda digər xəbərlər:Belarus klubu ev oyunlarını Sumqayıtda keçirəcək
08 İyun 2026 20:43
Belarus klubunun avrokubok oyunları Sumqayıtda rəsmi
15 May 2026 17:53
Tanınmış klub Konfrans Liqası oyununu Sumqayıtda keçirəcək
08 İyun 2026 19:12
Belarus hərbi təlimlər keçirəcək
18 İyun 2025 10:16
Azərbaycan və Belarus Sumqayıtda birgə qarışıq gübrə istehsalına hazırlaşır
08 May 2026 14:24
Baxış sayı:160
Bu xəbər 07 İyul 2026 11:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















