Icma.az
close
up
RU
Belarus seqodnya: COP29 iqlim dəyişmələrinə qarşı beynəlxalq səylərdə mühüm mərhələ olacaq FOTO

Belarus seqodnya: COP29 iqlim dəyişmələrinə qarşı beynəlxalq səylərdə mühüm mərhələ olacaq FOTO

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Belarusun "Belarus seqodnya" nəşriyyat evinə məxsus nüfuzlu sb.by saytında "Respublika" qəzetinin baş redaktoru Hümbət Musayevin "COP29 çərçivəsində Bakıda "yaşıl iqtisadiyyat" məsələləri müzakirə olunacaq" adlı məqaləsi dərc edilib. Məqalə Bakıda başlayan COP29 qlobal tədbirinə həsr olunub.
Bizim.Media Azərtac-a istinadən xəbər verir ki, məqalədə Bakıda keçirilən COP29-un iqlim dəyişmələrinə qarşı beynəlxalq səylərdə mühüm mərhələ olacağı vurğulanır. Bildirilir ki, bu konfrans Azərbaycanın qlobal ekoloji gündəlikdə fəal iştirakçı və dünya miqyaslı əhəmiyyətli tədbirin təşkilatçısı kimi rolunu diqqətə çatdırır. COP29-un Bakıda keçirilməsi Azərbaycanın qlobal iqlim problemlərinin həllinə töhfə verməyə, ətraf mühitin qorunması və dayanıqlı iqtisadi inkişafın təmin edilməsi üçün səylərin birləşdirilməsinə hazırlığını simvolizə edir. COP29-da aparıcı dünya dövlətlərinin və beynəlxalq təşkilatların iştirakı bu tədbirə xüsusi məna verir və iqlim dəyişmələrinə qarşı mübarizədə kollektiv səylərin vacibliyini nümayiş etdirir.
 

Məqalədə qeyd olunur ki, Azərbaycan COP29-un keçirilməsinə fəal hazırlaşıb və tədbirlərin əlaqələndirilməsi üçün Təşkilat Komissiyası yaradıb. Diqqətə çatdırılır ki, Prezident İlham Əliyev 2024-cü ili "Yaşıl dünya naminə həmrəylik ili" elan edərək, ölkənin dayanıqlı gələcəyin yaradılmasına və qlobal ekoloji gündəliyə fəal dəstək vermək səylərini vurğulayıb. Azərbaycan 2030-cu ilə qədər istixana qazlarının tullantılarını 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaltmağa, həmçinin günəş, külək və hidroenerji də daxil olmaqla, bərpaolunan enerji mənbələrini fəal inkişaf etdirməyə çalışır. Ölkə "yaşıl iqtisadiyyat"a keçidə can ataraq ekoloji məqsədlərə sadiqliyini nümayiş etdirir.


Aparıcı dünya dövlətləri COP29-da fəal iştirak edir, qlobal ekoloji problemlərin həllində öz rollarını təsdiqləyirlər. Bu ölkələrin kollektiv səyləri iqlim məqsədlərinə və dayanıqlı inkişafa nail olmaq üçün əməkdaşlığın vacibliyini vurğulayır. Belarus ekoloji təmiz dünyanın təşviqi sahəsində liderlərdən biri kimi tanınıb və Ekoloji Səmərəlilik İndeksində (EPI) yüksək mövqe tutur. Prezident Aleksandr Lukaşenkonun COP29-da iştirakı Belarusun qlobal iqlim məqsədlərinə sadiqliyini diqqətə çatdırır və ekoloji gündəliyin ölkə üçün əhəmiyyətini təsdiqləyir.
Məqalənin sonunda bildirilir ki, Azərbaycan və Belarus ekoloji problemlərin həllinə mühüm töhfə verərək, dayanıqlı inkişafa sadiqliklərini nümayiş etdirirlər.

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://bizim.media
archiveBu xəbər 12 Noyabr 2024 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see205

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see191

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see174

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see146

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see144

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see141

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri