Icma.az
close
up
RU
Belarus Ukraynaya müharibə ELAN EDƏCƏK?

Belarus Ukraynaya müharibə ELAN EDƏCƏK?

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Minsk üzərində naməlum pilotsuz uçuş aparatının (PUA) vurulması Belarus-Ukrayna arasında yeni gərginlik yarada bilər. Belarusun rəsmi orqanları bildiriblər ki, PUA-nın qalıqları üzərində Ukrayna dilində yazılar aşkarlanıb və istintaq prezident Aleksandr Lukaşenkonun “şəxsi nəzarətindədir”.

Belarusun versiyasına görə, PUA gecə saatlarında hava hücumundan müdafiə sistemləri tərəfindən “radiosiqnal sıxışdırma vasitəsilə zərərsizləşdirilib” və Matusyeviç küçəsi 72 ünvanının yaxınlığında yerə düşüb.

Hadisə nəticəsində partlayış baş verməyib, lakin əraziyə yaxın dayanmış avtomobillər zədələnib.

Maraqlıdır ki, PUA-nın “partlayıcı maddə və metal qəlpələrlə təchiz olunmuş döyüş hissəsi” olduğu da qeyd olunur.

İnsident ABŞ Prezidenti Donald Trampın Rusiya və Ukrayna arasında atəşkəs üçün müəyyən etdiyi son tarixdən dərhal sonra baş verir. Belə ki, Tramp Rusiyaya danışıqlara başlamaq üçün 10 gün vaxt verib. Vaşinqtonun təzyiqlərinə rəğmən, Moskvanın razılıq verməyəcəyi gözlənilir. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev artıq bəyan edib ki, sülh danışıqları yalnız "xüsusi hərbi əməliyyat"ın (Rusiya Ukraynadakı müharibəni belə adlandırır - red.) bütün məqsədləri yerinə yetirildikdən sonra olacaq.

Rusiya üçün döyüş coğrafiyasını genişləndirmək artıq taktiki məqsəd ola bilər. Ukraynanın guya Belarus ərazisinə PUA göndərməsi versiyası isə bunun üçün “uyğun bəhanə” kimi istifadə oluna bilər. Lukaşenko əvvəllər dəfələrlə ölkəsini müharibəyə cəlb etməyəcəyini bildirsə də, hazırkı şəraitdə o, Kreml təzyiqlərinə tab gətirə biləcəkmi? Bu sual hələlik açıq qalır.

Analitiklər ehtiyat edirlər ki, bu hadisə Belarusun münaqişəyə bilavasitə cəlb olunmasına yol aça bilər. Əgər Minsk Ukraynanı “əraziyə təcavüz”də ittiham etsə və Kremlin dəstəyi ilə hərbi addım atsa, regionda yeni vəziyyət yarana bilər.

Yeri gəlmişkən Belarus liderinin mətbuat katibi Natalya Eysmont ötən bildirib ki, Lukaşenko ən mühüm və ciddi məsələləri müzakirə etmək üçün yaxın vaxtlarda Rusiya lideri Vladimir Putinlə şəxsi görüş barədə razılığa gəlməyi planlaşdırır.

Onun sözlərinə görə, iyulun 27-də Putinlə Lukaşenko arasında baş tutan telefon danışığında tərəflər proqram mövzularına toxunmayıblar.

“Belarus və Rusiya prezidentlərinin, əlbəttə ki, hər zaman müzakirə edəcəkləri nələrsə var. Belə desək, bir çox mövzularda - həm ikitərəfli münasibətlər, həm də beynəlxalq gündəm ilə müzakirələr ola bilər. Ümumiyyətlə, telefonla müzakirə edilməməsi daha yaxşı olan mövzular var. Prezidentlər yaxın gələcəkdə görüş barədə razılığa gələcək və bütün ən mühüm və ciddi məsələləri üz-üzə müzakirə edəcəklər”, - Eysmont deyib.

Modern Təhlil və Araşdırma Qrupu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 İyul 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see434

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see372

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see290

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see276

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see258

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see251

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see248

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see237

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see230

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see226

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see222

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see220

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see218

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see218

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see210

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see208

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see207

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see202

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri