Belarus və Polşa arasında məbus mübadiləsi aparılıb
Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.
Belarus-Polşa sərhədində "beşin beşə" formulu ilə saxlanılan şəxslərin mübadiləsi aparılır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "BelTA" agentliyi məlumat yayıb.
Məlumata görə, baş tutan bu hadisə Belarus DTK-sı (KGB) ilə Polşa Kəşfiyyat Agentliyi arasında prezident Aleksandr Lukaşenkonun birbaşa tapşırığı ilə həyata keçirilən mürəkkəb və uzunmüddətli danışıqlar prosesinin kulminasiya nöqtəsi olub.
Əməliyyat nəticəsində müxtəlif ölkələrin 10 vətəndaşı azad edilib və ailələrinə qovuşmaq imkanı qazanıb. Azad edilənlər arasında ölkənin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin təmin edilməsi maraqları naminə xüsusi mühüm tapşırıqları yerinə yetirən Belarus vətəndaşları da var.
Saxlanılanların mübadiləsi bəzi dost ölkə liderlərinin Lukaşenkoya müraciətindən sonra baş tutub.
Məryəm Quliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:176
Bu xəbər 28 Aprel 2026 15:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















