Belarusda 25 siyasi məhbus ABŞ ilə danışıqlardan sonra azad edilib
Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.
Belarusda ABŞ ilə aparılan danışıqlardan sonra 25 siyasi məhbus azadlığa buraxılıb.
Gununsesi.info xəbər verir ki, azad edilənlərin hamısı Belarusdan Litvaya aparılıb.
Bu, Belarus Prezidenti Aleksandr Lukaşenko ilə ABŞ Prezidentinin Belarus üzrə xüsusi nümayəndəsi Con Koul arasında Minskdə keçirilən danışıqlardan sonra baş tutub.
Koul sentyabrın 15-də Minskdə Lukaşenko ilə təxminən üç saat davam edən danışıqlar aparıb.
Danışıqlardan sonra Con Koul açıqlayıb ki, ABŞ Belarusun “Lakokraska” ASC-yə və “Bellesbumprom” konserninə qarşı sanksiyaları aradan qaldıracaq. Belarus tərəfi isə 25 nəfərin azad edilməsinə razılıq verib.
Koul əldə olunan razılaşmanı “aralıq razılaşma” adlandırıb. Onun sözlərinə görə, Minsk və Vaşinqton arasında danışıqlar davam edəcək. Yeni razılaşmalar əldə ediləcəyi halda daha çox məhbusun azad edilməsi və Belarus şirkətlərinə qarşı bəzi sanksiyaların götürülməsi gündəmə gələ bilər.
Azad edilənlər arasında Belarusun vaxtilə ən böyük müstəqil xəbər portallarından biri olan TUT.BY-ın baş direktoru Lyudmila Çekina da var. Belarus hakimiyyəti 2021-ci ildə TUT.BY-ın redaksiyasına qarşı cinayət işi açmış, saytın fəaliyyəti faktiki olaraq dayandırılmışdı.
Siyahıda həmçinin Belarus dili və mədəniyyətinin təbliği ilə məşğul olan “Art Syadziba” ictimai-mədəni platformasının və Belarus milli simvollarının satışı ilə tanınan “Symbal.by” layihəsinin təsisçisi Pavel Belous, jurnalist və media meneceri Andrey Aleksandrov, politoloq Tatyana Kuzina və Belarusun müstəqil “BelaPAN” informasiya agentliyinin direktoru Dmitri Novojilov var.
Azad edilənlər arasında “Tor Band” musiqi qrupunun üzvləri Yevgeni Burlo, Dmitri Qolovaç və Andrey Yaremçik də yer alır. Qrup 2020-ci ildə Belarusda prezident seçkisindən sonra keçirilən etirazlar zamanı populyarlaşmışdı. Sonradan qrupun üzvləri həbs edilmiş, Belarus hakimiyyəti isə “Tor Band”ı “ekstremist” qurum kimi tanımışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 16 Sentyabr 2026 21:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















