Belarusda antiterror əməliyyatı rejimi tətbiq edilib
Rejim hərbi və xüsusi texnikanın istifadəsi səbəbindən tətbiq edilib
Belarusda Daxili İşlər Nazirliyinin (DİN) təlimləri çərçivəsində Qrodno vilayətinin ərazisində antiterror əməliyyatı rejimi tətbiq edilib. AYNA xəbər verir ki, bu barədə “BelTA” agentliyi məlumat yayıb.
Rejim hərbi və xüsusi texnikanın istifadəsi səbəbindən tətbiq edilib.
Qeyd edək ki, noyabrın 21-dən DİN-in komanda-qərargah təlimləri keçirilir. Təlim keçirilən bölgələrdə nəqliyyatın hərəkətinə nəzarət və məhdudiyyətlər də gücləndirilib.
Bundan əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko 20-dən çox hərbçini vəzifəsindən azad edib. Səbəb onların 2020-ci ilin avqustunda keçirilən etiraz aksiyaları zamanı aktivliyidir.
Baxış sayı:48
Mənbə:https://ayna.az