Belarusda nüvə silahının tətbiqi ilə bağlı hərbi təlimlərə start verildi
Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
Belarusda nüvə silahının döyüş şəraitində tətbiqi üzrə hərbi hissələrin təlimi başlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təlimlərin keçirilməsində əsas məqsəd Silahlı Qüvvələrin müasir zərbə vasitələrinin tətbiqinə hazırlıq səviyyəsinin artırılmasıdır.
Nazirliyin açıqlamasına görə, təlim zamanı şəxsi heyətin müxtəlif tapşırıqları yerinə yetirmə bacarıqları təkmilləşdiriləcək, həmçinin döyüş tətbiqinin planlaşdırılmamış ərazilərdən həyata keçirilməsi məşq olunacaq.
Məlumatda qeyd olunub ki, Belarus və Rusiya hərbçiləri birgə şəkildə nüvə sursatlarının çatdırılması və onların istifadəsinə hazırlıq məsələlərini də işləyəcəklər.
Qeyd edək ki, bundan əvvəl Ukraynanın sabiq xarici işlər naziri Dmitri Kuleba Belarus istiqamətindən mümkün hərbi risklərlə bağlı açıqlama vermişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 18 May 2026 16:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















