Belarusu işğal etməyə hazırlaşırlar
Missiya.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Müxalifət və Qərb kuratorları Belarusu işğal etmək planı hazırlayıb.
Missiya.Az xəbər verir ki, bu barədə Belarusun “ONT” telekanalında “Cinlər Belarusu necə fəth etmək istəyirlər” adlı film nümayiş etdirilib.
Bildirilir ki, Qərb Belarusu işğal etmək üçün respublikanın cənub-qərbində, Belarus, Ukrayna və Polşa sərhədlərinin kəsişməsində dörd ərazi ayırıb. Söhbət Kobrin bölgəsindən və Polesiedən gedir.
Eyni zamanda ölkə daxilində qərbyönlü hüceyrələr fəaliyyətə başlayacaq.
Qeyd olunur ki, Polşa xüsusi xidmət orqanları Belarus müxalifəti sıralarından yaraqlılar hazırlayır.
Telekanalda göstərilən süjetə görə, rəsmi Varşava hələ də Belarusu öz torpaqları hesab edir.
“Xarici kəşfiyyat xidmətləri qaçaq müxalifətçilərin, diasporada yaşayanların əhval-ruhiyyəsindən istifadə edir, onlara silah və texnika verir, o cümlədən xüsusi təlimlər keçir”, - deyə filmdə göstərilir.
Daşqın Həsənov
Missiya.Az
Baxış sayı:83
Bu xəbər 21 Noyabr 2024 11:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















