Icma.az
close
up
RU
Belarusun baş məşqçisi Azərbaycanla matç barədə: Sabah uduzsaq, təzyiq altında olacağıq

Belarusun baş məşqçisi Azərbaycanla matç barədə: Sabah uduzsaq, təzyiq altında olacağıq

Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Belarus millisinin baş məşqçisi Karlos Alos sabah Azərbaycana qarşı keçiriləcək yoxlama görüşündən əvvəl mətbuat konfransında iştirak edib.

Sportal.az xəbər verir ki, ispan mütəxəssis millimiz haqda danışıb:  "İki fərqli örtükdə oynamağın çətinliyi var. Bundan əvvəlki matç Tacikistana qarşı süni örtüklü meydançada, həm də isti havada keçirildi. Sabah isə təbii örtüklü meydanda və soyuq havada oynayacağıq. Martın 21-dən Azərbaycandayıq. Adaptasiya keçmişik, oyuna hazırıq. Tacikistan və Azərbaycanla oyun arasında müqayisə aparmaq istəməzdim. Tamamilə fərqli matçlar olacaq".

- Bütün komanda oyuna hazırdı? Heyətlə problemlər, zədələr mövcuddur?

- Hamı hazırdır, problem və zədəlimiz yoxdur. Start heyəti ilə bağlı qərar verəcəyik.

- Azərbaycan millisi çətin vəziyyətdədir, inanılmaz təzyiq var. Son oyundakı məğlubiyyətin ardından mətbuat tərəfindən də təzyiq hiss edilir. Belarusda isə bu cür vəziyyət yoxdur. Demək olar ki, sizin psixoloji durumunuz daha yaxşıdır?

- Futbolda hər zaman təzyiq var. Sabah uduzsaq, təzyiq altında olacağıq. Azərbaycan yaxşı komandadır, rəqibə hörmətlə yanaşırıq. Buradakı son matçda onlara uduzmuşuq. Sabahkı matç rahat oyun olmayacaq. Son görüşdəki məğlubiyyət də komanda üçün motivasiya ola bilər. Meydana qələbə üçün çıxacağıq. Yoldaşlıq görüşü olduğunu nəzərə alaraq, nələrisə sınaqdan keçirmək fürsəti əldə edə biləcəyik.

- Fernandu Santuş tanınmış mütəxəssisdir. Polşa, Yunanıstan, Portuqaliya millisində işləyib. Demək olar ki, onun bəlli oyun üslubu və matça da buna görə hazırlıq keçmisiz?

- Fernandu Santuş top-məşqçidir, böyük komandada çalışıb, ona hörmətim də böyükdür. “Porto”, “Benfika”, Portuqaliya kimi komandalara rəhbərlik edib. Amma oyun üslubları eyni deyil. Çünki şərtlər və oyunçular da fərqli olub. Biz sabahkı matçda qələbə qazanmaq istəyirik.

Mirbağırağa

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:228
embedMənbə:https://sportal.az
archiveBu xəbər 24 Mart 2025 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see285

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see266

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see250

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see235

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see229

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see228

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see227

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see227

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see224

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see221

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see220

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see216

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see215

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see204

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see201

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see198

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see191

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri