“Belavia” aviaşirkətinin Omandan təxliyə reysi Minskə eniş edib
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 5 mart, AZƏRTAC
Belarusun “Belavia” aviaşirkətinin Omandan həyata keçirdiyi BRU-9322 təxliyə reysi Minsk Milli Aeroportuna eniş edib.
AZƏRTAC Belarusun “Belta” agentliyinə istinadla xəbər verir ki, bu barədə hava limanının mətbuat xidməti məlumat yayıb. Məlumata görə, təyyarə yerli vaxtla saat 08:50-də Belarus paytaxtına çatıb.
Martın 4-də Omanın Salalah hava limanından havaya qalxan təyyarənin göyərtəsində 164 sərnişin olub. Uçuş təhlükəsizlik məqsədilə Qazaxıstanın Aktau şəhərində yanacaq doldurmaq üçün aralıq dayanacaq etməklə reallaşdırılıb.
Qeyd olunub ki, Yaxın Şərqdəki vəziyyətlə əlaqədar tur operatorları və aviaşirkətlər təhlükəsizliyi təmin etmək üçün vəziyyəti daim izləyir və marşrutları buna uyğun tənzimləyirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 05 Mart 2026 13:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















