Belçika 2029 cu ilə qədər Ukraynaya 53 ədəd F 16 qırıcısı verməyi planlaşdırır
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 9 may, AZƏRTAC
Belçikanın müdafiə naziri Teo Franken 2029-cu ilə qədər 53 ədəd F-16 qırıcısının Ukraynaya təhvil veriləcəyini bəyan edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Le Vif nəşri Belçika Müdafiə Nazirliyinə istinadla məlumat yayıb.
Məlumata görə, plan üzrə ilk yeddi təyyarə bu il ərzində Ukraynaya göndərilməlidir.
Qeyd edilir ki, əvvəlki hökumət Ukrayna Prezidenti Volodimir Zelenskiyə ilk iki təyyarənin 2024-cü ildə veriləcəyini vəd etsə də, Belçika indiyədək Kiyevə heç bir F-16 təhvil verməyib.
Gecikmənin əsas səbəbi kimi Belçikanın 2018-ci ildə sifariş etdiyi və köhnə F-16 donanmasını əvəz etməli olan “F-35 Lightning II” qırıcılarının çatdırılmasındakı ləngimələr göstərilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:180
Bu xəbər 09 May 2026 04:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















