Belçika Əsəd rejimi dövründə hərbi cinayətlərlə bağlı 19 araşdırma aparır
Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Belçika Federal Prokurorluğu Suriyada hərbi cinayətlər törətməkdə şübhəli bilinən devrilmiş Bəşər Əsəd rejiminin üzvləri və Belçikada yaşayan İŞİD terror təşkilatı üzvlərinə qarşı ümumilikdə 19 istintaqın aparıldığını açıqlayıb.
Turkustan.az xəbər verir ki, Belqa xəbər agentliyinin verdiyi məlumata görə, Şimali Almaniya Yayım Korporasiyası (NDR) tərəfindən ələ keçirilən sərt diskdə Əsəd rejiminin sistematik olaraq minlərlə insanı işgəncə ilə öldürdüyünü ortaya çıxaran məlumatların araşdırılmasının ardından, bu cinayətləri törədənlərdən bəzilərinin və rejim tərəfdarlarının Belçikada yaşaya biləcəyi müəyyən edilib.
Belçika Federal Prokurorluğunun sözçüsü Yasmina Vanoverschelde məsələ ilə bağlı verdiyi açıqlamada Əsəd dövründə devrilmiş rejim və İŞİD tərəfindən törədildiyi ehtimal edilən hərbi cinayətlərlə bağlı indiyədək 27 istintaq faylının açıldığını, 8-nin isə heç bir tədbir görülmədən bağlandığını bildirib.
Aytən Yaşar/ Turkustan.az
Baxış sayı:87
Bu xəbər 04 Dekabr 2025 17:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















