Belçika Kiyevə vəd edilmiş F16ları vaxtında çatdıra bilməyəcək
Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Belçika 2024-cü ilin sonuna qədər Ukraynaya F-16 qırıcılarının tədarükünə başlayacağı vədini yerinə yetirə bilməyəcək.
“Report” xəbər verir ki, bu barədə “Soir” nəşri məlumat yayıb.
“F-16 qırıcı-bombardmançılarının ilk tədarükü əvvəllər elan edildiyi kimi bu il baş tutmayacaq”, – yazıda qeyd olunub.
Məqalədə ölkənin müdafiə naziri Lüdivin Dedonderin ötən həftə Polşaya səfəri zamanı belə bəyanat verdiyi xatırladılıb.
O, tədarükün gecikmə səbəbini hazırlıqlı Ukrayna hərbi pilotlarının olmaması və ehtiyat hissələrinin çatışmazlığı ilə izah edib.
Nəşrin məlumatına görə, Belçika Hərbi Hava Qüvvələri üçün ABŞ-dən yeni F-35-lərin tədarükü cədvəlində əhəmiyyətli gecikmə baş verib. Bu təyyarələrin köhnəlmiş F-16-ları əvəz edəcəyi gözlənilirdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 19 Dekabr 2024 06:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















