Belçika klubu millimizin üzvünün keçidini yayda həll etmək istəyir qışda transfer baş tutmamışdı
Icma.az bildirir, Sportal.az portalına istinadən.
Belçikanın “Eupen” klubu Azərbaycan milli komandasının üzvü Zamiq Əliyevdən əl çəkmək niyyətində deyil.
Sportal.az saytına verilən məlumata görə, belçikalılar azərbaycanlı müdafiəçinin keçidini yayda həll etməyi planlaşdırır.
Belə ki, “Eupen” Zamiq üçün məxsus olduğu “Eqnatiya”ya lazım olan təzminatı ödəyəcək. Əslində, Əliyevin Belçika klubuna keçidi qış “transfer pəncərəsi” zamanı baş tutmalı idi. Liej təmsilçisi Zamiqin özü və “Eqnatiya” ilə razılaşsa da, viza məsələsinə görə transfer reallaşmamışdı. Yayda isə millimizin müdafiəçisinin “Eupen”ə keçidi böyük ehtimalla reallaşacaq.
23 yaşlı futbolçu mövsümün əvvəlində Albaniya klubuna keçib. Onun “Eqnatiya” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 06 Mart 2025 13:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















