Belçika klubu Qarabağ ın 1,2 milyon avroluq təklifini qəbul etmədi
Icma.az, Sportal.az portalına istinadən məlumat verir.
"Lyej"də çıxış edən Umar Diuf bir çox klubun transfer siyahısına düşüb.
Sportal.az xəbər verir ki, yerli klublardan “Gent”, “Sent-Trüden”, OHL və “Serkl Brügge” seneqalları forvardı transfer etmək istəyir. Bu barədə "Walfoot" nəşri məlumat yayıb.
Xaricdə isə “Qarabağ”, Kiprin “Pafos” klubu və adı açıqlanmayan İngiltərə Çempionşip təmsilçisi onunla maraqlanır.
"Lyej" 22 yaşlı hücumçu üçün 1–1,5 milyon avro aralığında məbləğ tələb edir. Bu yaxınlarda “Qarabağ”ın 1,2 milyon avroluq təklifi klub tərəfindən rədd edilib.
Qeyd edək ki, Umar Diuf bu mövsüm Belçika II Liqa təmsilçisinin heyətində meydana çıxdığı 20 rəsmi matçda 9 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulub.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 23 Dekabr 2025 15:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















