Icma.az
close
up
RU
Menu

Valdas Dambrauskas: “Komandama inanıram”

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

Ruslar üçün inflyasiya qumbarası...

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

“Faiz haramdır“dan 50% lik faizə...

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

Bəzi rayonlarda işıq olmayacaq

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

Azərbaycanda baş həkim vəfat edib

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

Belçika müstəmləkəçiliyi: Təzminat mübarizəsinin 101 ili

Belçika müstəmləkəçiliyi: Təzminat mübarizəsinin 101 ili

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dünən paytaxtımızda Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Belçika müstəmləkəçiliyinin ədalətsizlikləri və təzminat mübarizəsinin 101 ili” mövzusunda beynəlxalq konfrans işinə başlayıb. Tədbirə Belçikanın keçmiş müstəmləkələri olan, eləcə də bu ölkələrdə neokolonial təsirlərin davam etdiyi Konqo Demokratik Respublikası (KDR), Ruanda və Burundi, həmçinin Mərakeş və Cənubi Afrika Respublikasından təmsilçilər, həmçinin Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndələri qatılıblar.

Konfransda iştirak edən rəsmi şəxslər arasında Konqo Demokratik Respublikasının ombudsmanı, Konqo Parlamentinin deputatları, Ruandanın Türkiyədəki səfiri və diplomatları yer alıblar.

Krallığın müstəmləkəçiliyinin tarixdən heç vaxt silinməyəcək qanlı izləri

Konfrans çərçivəsində Belçika müstəmləkəçiliyinin tarixi, onun keçmiş müstəmləkələrdə yaratdığı siyasi, sosial və iqtisadi nəticələr, müstəmləkəçilik siyasətinin doğurduğu ədalətsizliklər, tarixi həqiqətlərin araşdırılması və zərərçəkmiş xalqların təzminat tələbləri ilə bağlı məsələlərin müzakirəsi aparılıb. Belçika müstəmləkəçiliyinin tarixdən heç vaxt silinməyəcək qanlı izlərinə aid faktlarla tanış olduqda insan qeyri-iradi olaraq heyrətə gəlir. Dünyada böyük coğrafi kəşflərlə başlayan müstəmləkəçilik tarixində Fransa ilə yanaşı, Belçika da öz nəzarəti altına aldığı ərazilərin aborigen sakinlərinə qarşı xüsusi amansızlığı ilə fərqlənir. Belə baxanda hər iki ölkə Avropanın elan olunmamış paytaxtları sayılır. Bu ölkələrdən hər zaman dünyaya demokratiya, azadlıq mesajları ünvanlanır. Bəs onların özləri necə, bəyan etdikləri prinsiplərə sadiqdirlərmi? Müstəmləkə əsarəti altında inləyən xalqların taleyi, gündəlik yaşayışı göz önündə əks mənzərə formalaşdırır. Aydın şəkildə görünür ki, özlərini Avropanın seçilmiş ölkələri kimi təqdim etməyə çalışan Fransa və Belçika müstəmləkə əsarətində saxladıqları ərazilərə münasibətdə bu prinsiplərdən çox-çox uzaqda dayanırlar.

Belçika Krallığının müstəmləkəçiliyi əsasən də Konqo Demokratik Respublikası, Ruanda və Burundidə təbii resursların istismarı, zorakılıq və irqi ayrı-seçkiliklə müşayiət edilib. Qəribə burasıdır ki, bu ölkə müstəmləkəçilik siyasətindən XXI əsrdə də əl çəkmir və onu yeni formalarda, lakin daha amansız mahiyyətlə davam etdirməyə çalışır.

Qeyd etdiyimiz kimi, Belçikanın müstəmləkələrindən biri Konqo Demokratik Respublikası olub. Krallığın qəddarlığı ilə fərqlənən  müstəmləkəçi lideri II Leopold 1885-ci ildən 1908-ci ilədək Konqonu şəxsi mülkü kimi idarə edib.

O, Beynəlxalq Afrika Təşkilatı (International African Association) adlı qurum yaradıb və buraya “mədəniyyət” gətirmək ideyasını irəli sürüb ki, bunun da əsl məqsədi yerli əhalini istismar etmək olub. Həmin dövrdə Konqoda baş verən insan haqları pozuntuları və qətliamlar tarixdə ən dəhşətli müstəmləkəçilik nümunələrindən biri kimi qeyd olunur. Ehtimallara görə, Leopoldun hakimiyyəti dövründə təxminən 10 milyon afrikalı öldürülüb. Lakin tarixçilər hələ də dəqiq rəqəmlər barədə mübahisə edirlər. 44 il Belçikaya rəhbərlik edən Leopoldun rejimi Afrika regionunun zəngin resurslarını mənimsəyib. Kişilər, qadınlar və uşaqlar ağlasığmaz vəhşiliklərə məruz qalıblar - milyonlarla insan tiranlıq altında həlak olub. Nəhayət, Afrikadakı genişmiqyaslı insan hüquqları pozuntuları barədə məlumatlar beynəlxalq ictimaiyyətə çatıb. Yalnız beynəlxalq etirazlardan sonra  kral 1909-cu ildə, ölümündən bir il əvvəl Konqodan imtina etmək məcburiyyətində qalıb. Dünyanın sonuncu insan zooparkı da burada mövcud olub. İnsan zooparkı 1897-ci ildə kral II Leopold tərəfindən yaradılıb və sonradan Afrika Muzeyinə çevrilib. Süni kənd yaradan təşkilatçılar burada insanları təhqir edir, onları aşağılayırdılar.

Belçika Konqo ilə yanaşı, Ruanda və Burundidə də “parçala və hökm et” siyasəti tətbiq edərək etnik gərginlikləri dərinləşdirib ki, bu da gələcəkdə baş verən soyqırımların əsasını təşkil edib. Məsələn, bəşər tarixinin ən qanlı soyqırımı 1994-cü ildə Ruandada baş verib və bu qətliamda Belçikanın da məsuliyyəti var. Radikal hutular tərəfindən tutsilərin kütləvi şəkildə öldürülməsi hələ də yaddaşlardan silinməyib. Bu hadisələr müstəmləkə dövründə yaradılan etnik qarşıdurmanın  nəticəsi olaraq meydana çıxıb.

Belçika çoxsaylı müstəmləkə cinayətlərinə görə məsuliyyət daşıyır və təzminatlar ödəməlidir

Yerli xalqların və ayrı-ayrı beynəlxalq təşkilatların mövqeyi ondan ibarətdir ki, Belçika çoxsaylı müstəmləkə cinayətlərinə görə məsuliyyət daşıyır və təzminatlar ödəməlidir. “Belçikanın Mərkəzi Afrikadakı müstəmləkəçilik siyasətinin başa çatmasından uzun illər keçməsinə baxmayaraq, Konqo Demokratik Respublikası, Ruanda və Burundi hələ də tarixi ədalətin bərpası istiqamətində bu ölkədən konkret addımlar gözləyir”. Bu fikirləri jurnalistlərə açıqlamasında Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov bildirib.

O qeyd edib ki, müstəmləkəçilik dövründə törədilmiş cinayətlərin nəticələrinin aradan qaldırılması yalnız siyasi bəyanatlarla məhdudlaşmamalı, məsələ konkret hüquqi mexanizmlər və təzminat öhdəlikləri çərçivəsində həllini tapmalıdır.

“Belçika dövlət səviyyəsində Konqo Demokratik Respublikasından, Ruandadan və Burundidən üzr istəməlidir. Bundan sonra müstəmləkəçilik dövründə həmin ölkələrə vurulmuş zərərə uyğun maliyyə təzminatlarının həcmi müəyyən edilməli və bu vəsait mərhələli şəkildə ödənilməlidir”, - deyə A.Abbasov diqqətə çatdırıb.

“Müstəmləkəçilik yalnız ərazilərin işğalı ilə məhdudlaşmayıb, eyni zamanda siyasi hakimiyyətə, sosial kimliklərə, iqtisadi münasibətlərə və cəmiyyətdə ayrı-seçkilik mexanizmlərinə təsir edən institutlar formalaşdırıb. Bu strukturlar formal müstəmləkəçilik başa çatdıqdan onilliklər sonra belə bir sıra keçmiş müstəmləkələrdə öz təsirini saxlayır”. Bu fikirləri isə iqamətgahı Ankarada olmaqla Ruanda Respublikasının Türkiyə, Azərbaycan, Qazaxıstan və Livandakı səfiri Çarlz Kayonqa beynəlxalq konfransda çıxışı zamanı səsləndirib.

Səfir vurğulayıb ki, müstəmləkəçiliklə bağlı siyasi təcrübənin öyrənilməsi uzunmüddətli nəticələri anlamaq baxımından xüsusi əhəmiyyət daşıyır. O qeyd edib ki, müstəmləkəçilik Ruandanın sonrakı siyasi inkişafını mexaniki şəkildə müəyyənləşdirməyib, lakin sonrakı siyasi aktorların fəaliyyət göstərdiyi institusional və sosial çərçivənin formalaşmasına təsir göstərib.

“Bu strukturların mahiyyətini və onların yaratdığı uzunmüddətli nəticələri aydın şəkildə ortaya qoymaq vacibdir. Yalnız bundan sonra tarixi məsuliyyət, ədalətin bərpası və reparasiya məsələləri ətrafında mənalı və əsaslandırılmış müzakirə aparmaq mümkündür”, - deyə Ç.Kayonqa bildirib.

Mübariz FEYİZLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 Avqust 2026 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see319

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see310

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see300

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see284

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see274

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see259

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see249

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see242

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see240

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see226

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see222

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see220

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see220

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see216

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see210

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see205

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see202

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see201

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see188

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri