Icma.az
close
up
RU
Belçikada 17 yaşlı gənclər könüllü hərbi xidmətə dəvət olunur

Belçikada 17 yaşlı gənclər könüllü hərbi xidmətə dəvət olunur

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Paris, 12 noyabr, AZƏRTAC

Noyabrın 12-dən Belçikada 17 yaşını tamamlayan bütün gənclərə Müdafiə Nazirliyindən bir illik könüllü hərbi xidmətə qoşulmaq imkanı barədə rəsmi məktub göndərilir.

AZƏRTAC xəbər verir ki, təşəbbüsü müdafiə naziri Teo Franken irəli sürüb. Ölkə üzrə təxminən 150 000 məktubun göndərilməsi planlaşdırılır. Nazirlik bu məktublar vasitəsilə 1500 gəncin namizədliyini irəli sürəcəyinə ümid edir. Namizədlər arasından 500 nəfər təlim proqramına qəbul ediləcək.

“Təbriklər! Gələn il 18 yaşınız olacaq – həyatınızda mühüm bir mərhələ və gələcəyiniz üçün dönüş nöqtəsidir. Müdafiə Nazirliyi sizə artıq indi unikal bir fürsət təklif edir: bir illik könüllü hərbi xidmət”, - deyə məktubda gənclərə müraciət olunur. Ümumilikdə 90 800 məktub holland dilində, 56 900 fransız dilində və 925 alman dilində göndərilib. Təlim proqramı 2026-cı ilin sentyabrında başlayacaq. 375 yer quru qoşunları, 75 yer hərbi hava qüvvələri, 50 yer isə donanma üçün ayrılıb.

Namizədlər əvvəlcə noyabrın 22-dən dekabrın 7-dək təşkil ediləcək məlumat sessiyalarına qeydiyyatdan keçməlidirlər. Bu mərhələdə könüllülərə proqram haqqında əlavə məlumat veriləcək. Seçilmiş gənclərə 10 həftəlik intensiv əsas hazırlıq, ardınca 1–3 həftəlik ixtisaslaşmış təlim keçəcəklər. Sonra onlar hərbi bazalarda praktiki tapşırıqlarda və əməliyyatlarda iştirak edəcəklər.

Məktubda həmçinin aylıq minimum 2000 avro maaş, iaşə çekləri, tibbi xərclərin ödənilməsi və ictimai nəqliyyatdan pulsuz istifadə hüququ vəd edilir.

“Bir illik könüllü xidmət şəxsi və peşəkar inkişaf üçün nadir imkandır. Siz uzunmüddətli dostluq quracaq, dəyərli təcrübə qazanacaq və eyni zamanda ölkəmizin gələcəyinə töhfə verəcəksiniz. Bu gün beynəlxalq vəziyyət fonunda hazırlıqlı olmaq hər zamankından daha vacibdir”, - deyə rəsmi məktubda bildirilir.

Belçika hökuməti üçün bu təşəbbüs, orduya marağı artırmaq və yeni nəsil üçün vətənə xidmət anlayışını yenidən formalaşdırmaq məqsədi daşıyır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Noyabr 2025 21:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri