Icma.az
close
up
RU
Belçikada 2 ci Suqovuşan beynəlxalq minifutbol turniri keçirilib

Belçikada 2 ci Suqovuşan beynəlxalq minifutbol turniri keçirilib

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Belçikada fəaliyyət göstərən “MADANİ-Azərbaycanlıların Mədəniyyət, İdman, Düşüncə, Həmrəylik və Gələcək İmkanlar Məkanı” platformasının təşkilatçılığı, Azərbaycanın Belçikadakı Səfirliyinin dətəyilə keçirilən sayca 2-ci Suqovuşan beynəlxalq minifutbol turnirində Avropada yaşayan soydaşlarımız, Belçikada fəaliyyət göstərən xarici diplomatik korpusun nümayəndələri və digər qonaqlar iştirak ediblər.

525.az xəbər verir ki, 21 komandanın qatıldığı minifutbol turnirində Belçika, Almaniya, Niderland, Lüksemburq və Fransadan olan soydaşlarımızla yanaşı, Brüsseldə yerləşən NATO Baş Qərərgahının, Türkiyə, Pakistan, Qırğızıstan, Tacikistan, Qazaxıstan və Azərbaycan Səfirliklərinin və ölkəmizin AŞPA Strasburq nümayəndəliyinin əməkdaşları da mübarizə aparıblar.

Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd Belçika və Avropada yaşayan soydaşlarımızı bir araya gətirmək, Azərbaycana dost münasibət bəsləyən xalqların nümayəndə və icmaları arasında  əlaqə və bağları gücləndirmək olub.

Tədbir iştirakçılarını salamlayan “MADANİ” platformasının təsisçisi Emin Əliyev turnir iştirakçılarına uğurlar arzu edib: “Böyük fəxarətlə qeyd etmək istəyirəm ki, bu il Avropada soydaşlarımızın ən böyük turnirlərindən birini həyata keçiririk. Bu tədbir vasitəsilə biz Avropanın müxtəlif bölgələrində yaşayan soydaşlarımızı, yerli insanları və digər icmaları bir araya gətirməyi, onlarla paylaşmağı, sevinməyi və bir ailə olmağı bacarmışıq. Digər ən gözəl məqamlardan biri odur ki, böyüklərlə yanaşı, soydaşlarımızın uşaq komandaları da bu turnirdə iştirak etmişdir. Bu, həm ruhlandırıcı, həm də gələcək nəsillərin bu ruhda böyüməsi üçün çox dəyərli bir fürsətdir. Suqovuşan Kuboku bir daha sübut edir ki, idman – sülhün, anlayışın və dostluğun ən gözəl dilidir”.

Daha sonra Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfiri Vaqif Sadıqov çıxış edib və turnir iştirakçılarına Suqovuşanın ölkəmizin tarixi, mədəniyyəti və coğrafiyasındakı yeri haqqında məlumat verib. Səfir 28 May – Müstəqillik Gününün önəmini diqqətə çatdıraraq, soydaşlarımızın, icmaların birliyinin və qarşılıqlı fəaliyyətinin gücləndirilməsində idmanın rolunu vurğulayıb.

E.Əliyev Azərbaycanın Belçika səfirliyinə xüsusi minnətdarlığını ifadə edərək bildirib ki, diplomatik nümayəndəlik artıq ikinci ildir turnirin keçirilməsinə dəstək verir və onun uğurlu olması üçün böyük səy göstərib.

Daha sonra Vaqif Sadıqov və iştrakçı ölkələrin səfir və nümayəndələri ilə topa rəmzi toxunuş edərək turniri rəsmi olaraq açıq elan ediblər.

Turnir NATO-nun mənzil-qərargahı komandasının qələbəsi ilə yekunlaşıb. İkinci yeri Belçikadakı həmvətənlərimizi təmsil edən “MADANI Heroes” komandası tutub. Qalib komanda "Suqovuşan" kuboku və qızıl medallar, 2-ci və 3-cü yeri tutan komandalar isə müvafiq olaraq "Sovuşan" gümüş və bürünc kubok və medalları, eləcə də Azərbaycan suvenirləri ilə mükafatlandırılıb. Uşaq komandalarına da medal və kuboklar təqdim edilib.

Turnir Avropada ilk onlayn Azərbaycan radiosu olan RadiOcto, habelə AzTv və ReportAz-ın Avropa büroları vasitəsilə işıqlandırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://525.az
archiveBu xəbər 09 İyun 2025 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see357

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see249

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see237

“Azərkosmos” peyk istehsalına hazırlaşır kosmik sənayenin inkişafında yeni mərhələ

21 Oktyabr 2025 19:12see195

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see195

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see190

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see180

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see176

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see167

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see166

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see158

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see157

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see136

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see134

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see133

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see132

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see131

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see130

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see129

Cahangir Babayev Dünya Karate Federasiyası tərəfindən təltif olunub

21 Oktyabr 2025 19:39see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri