Belçikada tətil Uçuşlar ləğv edildi
Metbuat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Belçikada hökumət büdcəsinin azaldılmasına qarşı tətil keçirilib.
Metbuat.az xəbər verir ki, tətil uçuşları və ictimai nəqliyyatı dayandırıb və bu, ictimai xidmətlərdə böyük fasilələrə səbəb olub. Məlumata görə, tətil Belçikada xristian və sosialist həmkarlar ittifaqlarının çağırışı ilə həyata keçirilib. Nümayişçilər federal hökumətin planlaşdırdığı qənaət tədbirlərinə, o cümlədən işsizlik və pensiya kimi sosial xərclərin azaldılmasına etiraz ediblər. Genişmiqyaslı tətil səbəbindən ölkə daxilində müxtəlif xidmətlər əhəmiyyətli dərəcədə dayandırılıb. Xüsusilə hava limanlarında təhlükəsizlik işçilərinin və baqajların daşınması işçilərinin tətili hava nəqliyyatının işini dayandırıb.
Belçikanın Brüssel və Şarlerua hava limanlarında bütün uçuşlar tətil səsəbilə ləğv edilib. Ölkənin iki ən böyük hava limanına yalnız gələn reyslər enə bilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 30 Aprel 2025 12:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















