Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

Belə evləri alanlar uduzur Açıqlama

Belə evləri alanlar uduzur Açıqlama

Azxeber.com saytına istinadən Icma.az xəbər verir.

Son illərdə daşınmaz əmlak bazarında qiymət dəyişiklikləri alıcıların diqqət mərkəzindədir. Bir çox vətəndaş mənzil alarkən yalnız hazırkı qiymətə deyil, onun gələcəkdə dəyərinin artıb-artmayacağına da önəm verir. 
Mənzilin gələcəkdə bahalaşacağını göstərən əsas əlamətlər hansılardır və alıcılar seçim zamanı nələrə diqqət etməlidir?
Demokrat.az-a mövzu ilə bağlı açıqlama verən əmlak eksperti Firdovsi Xəlilov bildirib ki, investisiya xarakterli əmlak yatırımı ilə yaşamaq üçün edilən əmlak yatırımını bir-birindən ayırmaq lazımdır:
"Əgər yaşayacağımız və ya istifadə edəcəyimiz bir əmlak bu, hətta bağ evi də ola bilər, axtarırıqsa, vəziyyət tamamilə dəyişir. Burada diqqət etməli olduğumuz məqamlar başqadır. Ən başda gələn məsələ əmlakın ailə üzvlərimizin mütəmadi vaxt keçirdiyi yerlərə yaxın olması və ya oraya bir marşrutla rahat gedib-gəlməyin mümkün olmasıdır. İkinci dərəcəli diqqət etməli olduğumuz məqam isə ailə üzvlərinin sayına uyğun yataq otaqlarının olmasıdır.
Keçək kapital yatırımı baxımından yanaşmaya. Əmlakın kapitallaşmasında əsas indikator əmlakın bugünkü qiyməti ilə onun illik kirayə gəlirinin nisbətidir. Yəni bu gün əmlakın qiyməti 100 min manatdırsa və onun illik kirayə gəliri 5 min manat təşkil edirsə, deməli, o, normal yatırım alətidir. Əgər illik gəlir 5 min manatdan çoxdursa, yaxşı yatırımdır. 5 min manatdan azdırsa, yatırım aləti olaraq zəifdir. Yəni 5% göstəricisi burada orta hədd sayılır.
Eyni zamanda diqqət edəcəyimiz məqamlardan digəri isə, əmlakı nağd, kreditlə, yoxsa hissəvi ödənişlə almağımız yatırım baxımından xüsusi düşünülməlidir. Maliyyədə "pulun zaman dəyəri” deyilən bir anlayış var. Əgər ölkədə effektiv inflyasiya təxminən 13% civarındadırsa və biz bundan daha aşağı faizlə ucuz kredit tapırıqsa, birmənalı olaraq yatırımı kreditlə etmək daha əlverişlidir. Hətta qiymətdə müəyyən fərq yaransa belə, hissəvi ödənişə üstünlük vermək lazımdır. Çünki inflyasiya mühitində gələcək ödənişlərin real dəyəri düşür”.
Ekspert əlavə edib ki, həmçinin, bir çox alıcı aldanaraq rəqabət üstünlüyünü sırf aşağı qiymətdə görür: 
"Unutmaq olmaz ki, ən ucuz əmlak ən yaxşı əmlakdır demək deyil. Ucuzluğun arxasında çox vaxt ciddi gizli problemlər dayanır.
Əgər mənzil yeni başlayan bir layihədən alınırsa, şirkətin hüquqi sənədlərinə və keçmiş fəaliyyətinə baxılmalıdır. Bu şirkət indiyədək həyata keçirdiyi digər layihələri vaxtında təhvil veribmi, yoxsa gecikmələr olub? Bununla yanaşı, şəhərin və nəqliyyatın inkişaf istiqamətinə (metro, avtobus qovşaqları) diqqət yetirməklə yanaşı, ərazinin mövsümi riskləri də nəzərə alınmalıdır. Yağış mövsümündə həmin ərazini sel və ya su basırmı? Elektrik, qaz, su və kanalizasiya xətləri artan tələbatı ödəyəcək gücdədirmi? Çünki biz əmlakı bir mövsümlük deyil, bütün illər və mövsümlər üçün alırıq. Sonda çox vacib bir faktı da qeyd etmək istəyirəm. Çox zaman bəzi iqtisadçılar bilməyərəkdən passiv yatırım alətləri ilə aktiv yatırım alətlərini bir-birindən ayıra bilmir və onları qarışdırırlar. Aktiv yatırım o deməkdir ki, siz mütəmadi olaraq bu işlə məşğul olursunuz, zamanınızı sərf edirsiniz və risk edirsiniz. Əlbəttə, aktiv yatırımın riskləri ilə yanaşı, gəlirləri də böyük olur. Passiv yatırımda isə zərər etmə ehtimalınız çox aşağı olur, ya az xeyir götürürsünüz, ya da heç götürmürsünüz. Ən böyük risk də budur. Üstünlüyü isə ondan ibarətdir ki, siz buna mütəmadi vaxt sərf etmirsiniz. Yəni bir ev aldınız, onu icarəyə verdiniz. Hər gün gedib o evin qapısını açıb içəridə hansısa iş görmürsünüz. Kirayə vaxtı çatdıqca ödənişinizi alırsınız, yəni passiv gəlir əldə edirsiniz. Müvafiq olaraq, riski az olduğu üçün gəliri də aktiv yatırım alətlərindən aşağı olur. Əmlakı dəyərləndirərkən bu fərqə mütləq diqqət yetirmək lazımdır”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 23 İyul 2026 00:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see342

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see334

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see325

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see284

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see256

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see249

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see236

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see211

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see200

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see186

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see185

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see183

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see182

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see180

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see179

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see171

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see167

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see166

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri