Icma.az
close
up
RU
Belə getsə, Azərbaycanda kitabxana qalmayacaq ŞOK STATİSTİKA

Belə getsə, Azərbaycanda kitabxana qalmayacaq ŞOK STATİSTİKA

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Ölkəmizdə ən çox müzakirə olunan məsələlərdən biri də əhalinin kitaba olan marağıdır. 

Bəzən insanların artıq kitab oxumağa maraq göstərmədiyi deyilir. Hətta belə düşünən insanlar çoxluq təşkil edir. Bəzi şəxslər isə kitaba marağın böyük olduğunu və keçirilən kitab sərgilərində bunun ortaya çıxdığını deyirlər. Hazırda ölkəmizdə çox sayda kitab mağazası, sosial şəbəkələr üzərindən də kitab satışı ilə məşğul olan kifayət qədər səhifə var. Bundan başqa, vətəndaşların əksəriyyəti kitabı “PDF” formatında telefonda, yaxud kompüterdə oxumağa üstünlük verirlər. Bütün bunların fonunda kitabxanalara olan maraq da sual doğurur. Düzdür, ölkədə kitab oxuyan kütlə var. Lakin onların az hissəsi kitabxanalara üz tutur. Ya kitabı satın alırlar, ya da telefonda oxuyurlar. 

Yəni, əvvəlki dövrlərlə müqayisə kitabxanaya gedərək kitab oxuyan, qaytarmaq şərtilə kitab götürən insanların sayı getdikdcə azalır. Elə bu kitabxanaların sayında da özünü biruzə verir. Belə ki, 1990-cı ildə ölkədə 4605 kütləvi kitabxana var idi. 1992-ci ildə bu say rekord səviyyə çataraq 4909 oldu. Amma sonrakı illərdə kitabxanların sayında azalma müşahidə olundu. 

1996-cı ildə bu rəqəm 4644-ə, 2000-ci ildə isə 4374-ə düşdü. Analoji vəziyyət sonrakı illərdə də davam etdi. 2005-ci ildə Azərbaycandakı kütləvi kitabxanaların sayı 4004-ə qədər azaldı. 2009-cu ildə artıq bu rəqəm 4 minin də altına düşərək 3993 kimi qeydə alındı. Bu say 2015-ci ildə 3242, 2016-cı ildə isə 3088 oldu. Təəssüflər olsun ki, 2017-ci ildə isə kütləvi kitabxanalarımızın sayı 3 mindən də aşağı düşərək 2978 oldu. 

2020-ci ildə sayı 2922 olan kütləvi kitabxanalar 2021-ci ildə 2915-ə qədər azaldı. 2022 və 2023-cü illərdə isə bu rəqəm dəyişməz olaraq 2913-də qaldı. Göründüyü kimi, kitablara və kitabxanalara olan marağın azalması bu statistikaya da təsir edir. Son 31 il ərzində Azərbaycandakı kütləvi kitabxanaların sayı 1996 ədəd azalıb. Həmçinin, 20 il ərzində 1211, 10 ildə isə 407 kütləvi kitabxana bağlanıb. Bu statistika ölkəmizdə kitabxanalara olan marağı ortaya qoyur... 

Elmir Mustafa 
“Cebheinfo.az”

Açar sözlər: Azərbaycan kitab kitabxana

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 İyun 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see392

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see377

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see313

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see308

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see307

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see301

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see293

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see238

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see226

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see224

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see222

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see208

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see202

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see184

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see181

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see169

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri