Icma.az
close
up
RU
“Belə həkimlərimiz yoxdursa, xidmətin səviyyəsindən danışa bilmərik”

“Belə həkimlərimiz yoxdursa, xidmətin səviyyəsindən danışa bilmərik”

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Ən müasir avadanlıqlarla təchiz olunmuş xəstəxanalarımız olsa da, müasir tələblərə cavab verən həkimlərimiz yoxdursa, əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəlməsindən danışa bilmərik”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bu gün keçirilən komitə iclasında bildirib. 

“Bu sahədə çalışan mütəxəssislərin sertifikasiya imtahanı ilə bağlı məlum oldu ki, kifayət qədər boşluqlar və çatışmazlıqlar var. Boşluqların və çatışmazlıqların aradan götürülməsi, həkim kadrların hazırlanması, seçilməsi, monitorinqlərin aparılması üçün bu qanun layihəsi hazırlanıb. 

Sertifikasiya ilə bağlı bir çox ixtisas sahələri üzrə ciddi pozuntular ortaya çıxır. Xüsusilə estetik cərrahiyə sahəsində boşluqlar var. Həmin sahə üzrə mütəxəssis olmayan insanların bu işlə məşğul olması, hətta həkimlik diplomu olmayanların fəaliyyət göstərməsi ağırlaşmalar, hətta ölüm hallarına gətirib çıxarır. 

Səhiyyə Nazirliyi və hüquq-mühafizə orqanları ilə birlikdə bu istiqamətdə çox uğurlu addımlar atıldı, estetik cərrahiyə sahəsində işləyən, təhsil almış mütəxəssislər, o sahə ilə məşğul olmağa haqqı olanlar seçildi və onların adları mətbuatda dərc olundu. 
Bundan sonra hər kəs öz sahəsi üzrə fəaliyyət göstərəcək. Buna haqqı olmayanlar isə uzaqlaşdırılıb. Bu, çox doğru addım idi”, - deyə komitə sədri bildirib. 

Nuranə Daxilqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 25 Aprel 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see219

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see217

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see195

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see178

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see175

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see171

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see170

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see170

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see170

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see169

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see165

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see156

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see151

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see144

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see143

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see142

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see142

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri