Icma.az
close
up
RU
Belə intizamlı müdafiəsi olan komandaya qarşı oynamaq çətindir Açıqlama

Belə intizamlı müdafiəsi olan komandaya qarşı oynamaq çətindir Açıqlama

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Qarabağ" klubu UEFA Çempionlar Liqasında növbəti oyununu bu gün keçirəcək. Azərbaycan çempionu Şimali Makedoniyada yerli "Şkendiya" komandası ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Redaktor.az-a danışan idman jurnalisti Natiq Muxtarlı bildirdi ki, “Şkendiya” olduqca ciddi rəqibdir.

"Hətta deyərdim ki, bu mövsüm klublarımzla qarşılaşan rəqiblər arasında ən səviyyəlisidir. Bu iddianı əsaslandırmaq üçün əlimizdə tutarlı səbəb var. Şimali Makedoniya komandası ÇL-in ikinci təsnifat mərhələsində  “Styaua” kimi ciddi rəqibi dayandırıb. Hər iki qarşılaşmada müdafiədə olduqca səliqəli, hücumda kəsərli olublar. Öz meydanlarında qol buraxmayıblar, bu, müdafiə xəttinin intizamlı oyunundan xəbər verir. Səfərdə iki qol vurublar bu da hücum xəttinin səviyyəsini göstərir. Səfərdə vurulan qollar onu göstərir ki, bu komanda əks-hücumlar zamanı çox təhlükəli olur".

Müsahibimizin sözlərinə görə, belə intizamlı müdafiəsi olan komandaya qarşı oynamaq çətindir.

"Üstəlik, “Qarabağ”ın hücum xəttində ciddi problemlər var. Demək olar ki, “Qarabağ” hücumçusuz oynayır. Ümid nəyə qalır? Ayrı-ayrı futbolçuların fərdi oyun keyfiyyətinə və təcrübəyə.  Heç şübhəsiz ki, ki, “Şkendiya” kollektiv oyuna üstünlük verəcək, çünki “Qarabağ”ın futbolçularının fərdi keyfiyyətləri daha yüksəkdir. Böyük ehtimalla, Şimali Makedoniya klubu müdafiədən oynayacaq. Topa nəzarət “Qarabağ”a veriləcək. Qurban Qurbanovun komandası rəqibin müdafiə xəttində boşluqlar tapsa, tapacaqlar da yəqin və bunlardan maksimum yararlana bilsələr, qalanı texniki məsələdir. Müdafiədə diqqətli oyunla  “Şkendiya”nın təzyiqinin qarşısını almaq mümkündür".

N.Muxtarlının fikrincə, “Qarabağ” erkən qol vurmağa cəhd edəcək:

"Erkən qol “köhlən atlar”ın işini xeyli asanlaşdıracaq. Ondan sonra rəqib hücuma aludə olacaq, deməli, meydanın ayrı-ayrı hissələrində boşluqlar yaranacaq. Bu da “Qarabağ”lılar üçün əla fürsət sayılacaq. 
Amma bütün hallarda avantüraya getməyə ehtiyac yoxdur. Müdafiədə maksimum diqqətli, hücumda kəsərli olmaqla, bu komandanı məğlub etmək olar", - deyə idman jurnalisti əlavə etdi.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 Avqust 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see295

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see175

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see165

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see153

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see148

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see146

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see141

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see139

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see133

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see131

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see130

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

24 Dekabr 2025 07:15see129

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see127

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see125

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri