Icma.az
close
up
RU
Belə məlumatları yayanları 2000 manat cərimə gözləyir

Belə məlumatları yayanları 2000 manat cərimə gözləyir

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sosial şəbəkələr informasiya yayımının ən sürətli və təsirli vasitələrindən birinə çevrilib. “TikTok” və “Instagram” kimi platformalarda hər gün milyonlarla istifadəçi müxtəlif məzmunlar paylaşır və bu məlumatlar qısa zamanda geniş auditoriyaya çatır. Lakin yayılan informasiyanın doğruluğu, qanuniliyi və başqalarının hüquqlarına təsiri məsələsi ciddi hüquqi müzakirələr yaradır. Xüsusilə yanlış məlumat, böhtan və ya zərərli kontentin yayılması hallarında məsuliyyətin kimə aid olduğu məzmunu paylaşan şəxsə, yoxsa platformaya aktual sual kimi gündəmə gəlir.
Bununla bağlı hüquqşünas Rəhim Xoyski Demokrat.az-a bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, sosial şəbəkələrdə yayılan məlumatlara görə məsuliyyət həm məzmunu paylaşan şəxs (istifadəçi), həm də platformanın (host provayder və ya internet informasiya ehtiyatının sahibi) üzərinə düşə bilər:
“Sosial şəbəkələrdə hər hansı məlumatı yerləşdirən şəxs həmin məlumatın doğruluğuna və qanuniliyinə görə birbaşa məsuliyyət daşıyır. Əgər istifadəçi bilərəkdən yalan məlumat yayırsa, kimisə təhqir edirsə və ya böhtan atırsa, o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və ya İnzibati Xətalar Məcəlləsi əsasında məsuliyyətə cəlb oluna bilər. "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna görə, istifadəçi dövlət sirri, terrorçuluğun təbliği, zorakılığa çağırış, təhqir və böhtan xarakterli məlumatları yaymamalıdır. Platformanın (TikTok, Instagram və s.) məsuliyyəti əsasən məlumatın operativ şəkildə silinməsi və ya girişin məhdudlaşdırılmasıyla bağlıdır”.
O qeyd edib ki, müvafiq icra hakimiyyəti orqanı internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirildiyini aşkar etdikdə, bu barədə həm informasiya ehtiyatının sahibinə, həm də platformaya rəsmi xəbərdarlıq edir:
“İnzibati Xətalar Məcəlləsinin 388-1.1.2-ci maddəsinə əsasən, internet informasiya ehtiyatında yerləşdirilmiş yayılması qadağan edilən informasiyanın götürülməsi ilə bağlı qanunla müəyyən edilmiş tədbirlərin görülməməsinə görə, fiziki şəxslər 500-1000 manat, vəzifəli şəxslər 1000-1500 manat, hüquqi şəxslərsə 1500-2000 manat məbləğində cərimə edilir. Əgər qadağan olunmuş məlumat xəbərdarlıqdan sonra 8 saat ərzində silinməzsə, həmin resursun fəaliyyəti məhkəmə qaydasında (təxirəsalınmaz hallarda isə müvəqqəti olaraq orqan tərəfindən) məhdudlaşdırıla bilər. Xülasə, məzmunun ilkin müəllifi və ya paylaşıcısı məlumatın məzmununa görə (böhtan, təhqir), platformasa qanunsuz məzmun barədə xəbərdar edildikdən sonra onu təmizləmədiyi və ya girişi bağlamadığı üçün məsuliyyət daşıyır”.
Yəni, sosial şəbəkədə yalan, təhqir və qadağan olunmuş məlumat yayan şəxs birbaşa cərimələnə və ya cinayət məsuliyyətinə cəlb oluna bilər, platforma isə bu paylaşımı 8 saat ərzində silməsə, həm pul cəzası alır, həm də saytın fəaliyyəti bloklanır.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 May 2026 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see294

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see290

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see280

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see267

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see260

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see256

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see243

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see231

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see224

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see217

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see212

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see212

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see211

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see208

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see203

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see194

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see194

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see183

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see178

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri