Belə meyvələrdən istifadə zəhərlənməyə səbəb olur Mütəxəssis
Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
"Məhsul becərilməsi zamanı kimyəvi dərmanlardan normadan artıq istifadə zərərlidir. Doza həddini aşanda kimyəvi qalıqlar meyvələrin üzərində qalır. Belə məhsulları davamlı yemək zamanla orqanizmi zəhərləyir və toksik maddələr bədəndə toplanır".
Bunu 525.az-a sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova söyləyib. Mütəxəssis qeyd edib ki, belə meyvələrdən istifadə zəhərlənməyə səbəb olur: " Bunun ilkin əlamətləri baş ağrısı, ürəkbulanma, allergik reaksiyalar kimi özünü göstərir. Uzun müddət yüksək pestisid qalığı olan meyvə və tərəvəzlərin qəbulu daha ciddi fəsadlara gətirib çıxara bilər. Elmi araşdırmalar göstərir ki, bədəndə pestisidlərin çoxalması müəyyən xərçəng növlərinin yaranma riskini artırır, sinir və hormonal sistemə, böyrəklərə, qaraciyərə və reproduktiv sağlamlığa ziyan vurur. Uşaqlar, yeniyetmələr, hamilə və süd verən qadınlar bu təsirlərə karşı daha həssasdırlar. Hamiləlik dövründə yüksək miqdarda pestisid təsiri dölün inkişafına mənfi təsir göstərə bilər. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarında da xəbərdarlıqlar yer alır".
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 08 İyul 2026 15:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















