Icma.az
close
up
RU
“Belə olan halda ABŞ ilə əməkdaşlığa üstünlük verməmiz əsaslıdır...” Elxan Şahinoğlu

“Belə olan halda ABŞ ilə əməkdaşlığa üstünlük verməmiz əsaslıdır...” Elxan Şahinoğlu

Adelet.az saytına istinadən Icma.az xəbər verir.

“Nüfuzlu “Washington Post” qəzetində İranın və Güney Azərbaycanın gələcəyi haqqında maraqlı məqalə dərc olunub. Məqalənin müəllifi Hudson institununun Yaxın Şərq üzrə Sülh və Təhlükəsizlik mərkəzinin direktoru Maykl Dorandır. Müəllifin tezisləri Ağ Evin İran siyasətinin “yol xəritəsi”ni necə müəyyənləşdirməsi baxımından faydalıdır”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. 

Politoloq bildirib ki, məqalədə İranda farsların sadəcə Tehran və İsfahan ətrafındakı mərkəzdə cəmləşdikləri, ölkənin sərhəd boyu ərazilərində digər xalqların, o cümlədən azərbaycanlıların üstünlük təşkil etdiyi yazılıb:

“İkincisi, məqalə müəllifi İranda yaşayan azərbaycanlıların Türk-Azərbaycan kimliyinə daha çox maraq göstərdiyini, Azərbaycanın Avropa ilə interqasiyaya can atdığını, NATO standartlı ordusu olduğunu bildirib. Müəllif Azərbaycanın dünyəvi dövlət olmasından zövq aldığı bir vaxtda, İslam Respublikasının iqtisadi uğursuzluq və təcrid şəraitində olduğunu xatırladıb. Üçüncüsü, müəllif İranda şiddətli daxili münaqişə baş verərsə, böyük ehtimalla Azərbaycanın və Türkiyənin İrandakı soydaşlarını qorumaq üçün müdaxilə etmək məcburiyyətində qala biləcəyini yazıb. Dördüncüsü, müəllif başqa bir önəmli nəticəyə də gəlib. Onun sözlərinə görə, İranda yaşayan azərbaycanlılar indiki rejimlə yanaşı fars millətçi diktaturasının da əleyhinədir”. 

E.Şahinoğlu deyib ki, bu, azərbaycanlıların keçmiş şahın oğlu Rza Pəhləvinin hakimiyyətə qayıdışı əleyhinə olmasına işarədir:

““Washington Post” qəzetində yayımlanan məqalədə Vaşinqtonun İranla bağlı planlar qurarkən Azərbaycan Prezidenti İlham Əliyevlə məsləhətləşmənin vacibliyi də qeyd edilib. ABŞ ilə Azərbaycan arasında tərəfdaşlıq yüksək səviyyəyə qalxıb. ABŞ-nin Vitse-Prezidenti Ceyms Vens fevral ayında Azərbaycana və Ermənistana səfər edəcək”. 

O, bildirib ki, Tramp paylaşdığı son statusda Azərbaycanla tərəfdaşlığı gücləndirmək istədiyini yazıb:

“Ağ Ev sahibinin sözlərinə görə, ABŞ Azərbaycana müdafiə avadanlıqları satmağı planlaşdırır. ABŞ ilə tərəfdaşlığı gücləndirmək Azərbaycanın zəruri seçimidir. Rusiya və İrandakı şovinist dairələr bizə başqa seçim qoymadılar. İran mühafizəkarları “Zəngəzur dəhlizinin əleyhinəyik” söylədikləri dönəmdə Vaşinqton “Zəngəzur dəhlizi olacaq” dedi və ötən ilin avqustun 8-də Ağ Evdə müvafiq saziş imzalandı. İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadə Azərbaycana səfəri zamanı bizi “İrana hücum olarsa, müharibə sərhədləri aşacaq” sözləriylə təhdid etdiyi halda Donald Tramp “Azərbaycanla tərəfdaşlığı gücləndirəcəyik” deyir. Belə olan halda ABŞ ilə əməkdaşlığa üstünlük verməmiz əsaslıdır. Qonşularla təhdid dili ilə danışmaqda davam edən İran isə dəyişikliklərə məhkumdur. Bunu bircə qonşu ölkədəki mühafizəkarlar anlamaq istəmirlər, anlayanlar müxtəlif ssenarilərə hazırlaşırlar. “Washington Post” qəzetində nəşr olunan məqalə də bundan xəbər verir”.

Vasif ƏLİHÜSEYN

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://adalet.az
archiveBu xəbər 26 Yanvar 2026 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see237

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see223

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see193

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see182

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see178

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see162

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see162

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see153

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see152

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see150

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see147

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see141

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see137

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri