Icma.az
close
up
RU
“Belə oyunlarda səbirli olmaq vacibdir” Qurban Qurbanov

“Belə oyunlarda səbirli olmaq vacibdir” Qurban Qurbanov

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

“Belə oyunlarda səbirli olmaq vacibdir” - Qurban Qurbanov

“Belə oyunlarda səbirli olmaq çox vacibdir. Oyun intizamını pozmamaq lazımdır”

QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Karvan-Yevlax" üzərində qazanılan 3:0 hesablı qələbəni şərh edərkən deyib. Təcrübəli mütəxəssis rəqibin onları yaxşı analiz etdiyini və 80-ci dəqiqəyə qədər ciddi müqavimət göstərdiyini vurğulayıb:

“Rəqib sənə oynamaq imkanı vermir, sən də axtarışda olursan ki, onu səhvə məcbur edəsən. Buna nail olanda razı qalırsan. Hər iki komanda intizamlı oynadı. Azarkeşlərimizə təşəkkür edirəm. "Karvan-Yevlax"a və Füzili Məmmədova uğurlar arzulayıram”.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov karyerasındakı 800-cü oyununu arxada qoymasına münasibət bildirib. Təcrübəli mütəxəssis bu statistikanı şəxsən hesablamadığını, lakin uğurlu rəqəmlərin ona əlavə motivasiya verdiyini qeyd edib:

“Özüm heç vaxt belə şeyləri hesablamıram. Sadəcə, bəlkə bu, mənə əlavə həvəs verir. Əgər uğurlu statistikam varsa, buna sevinməliyəm. Hər futbolçunun çatmaq istədiyi rəqəmlər, hər məşqçinin isə arzuladığı karyera olur. Əgər 200-300 uğurlu oyun keçirmişəmsə, niyə də 1000-ə çatmasın? Uğursuz olduğu halda isə bəlkə də bunun xüsusi mənası qalmaz. Hər bir halda üzərimizə düşən işi yerinə yetirməliyik. Qarşıdakı illərdə də daha intizamlı və məsuliyyətli olmağa çalışacağıq.”

Mütəxəssis Avrokubok matçlarında “Qarabağ”ın 65-70-ci dəqiqələrdə daha çox qol buraxması məsələsinə də aydınlıq gətirib:

"Bunun, hər hansı səbəbi yoxdur. Ola bilər ki, rəqib daha çox hücumda olur, bizi məcbur edir səhv buraxmağa. Həmişə bildirmişəm ki, 90 dəqiqə oyundan qopmamalıyıq, konsentrasiyamız qaydasında olmalıdır. Götür-qoy etməmişəm bu barədə".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://qol.az
archiveBu xəbər 03 Dekabr 2025 21:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see367

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see366

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see357

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see355

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see350

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see335

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see334

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see318

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see316

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see314

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see303

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see300

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see294

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see284

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see281

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see269

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see265

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see252

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see215

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri