Belə qadınlar xəyanət edir, əxlaqsızlıqla məşğul olurlar PSİXOLOQ AÇIQLADI
Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Namus geyimlə yox, beyinlə ölçülür. Elə qapalı geyinən qadınlar var ki, öz həyat yoldaşlarına xəyanət edirlər”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Ezgi Şahin bildirib.
Onun sözlərinə görə, psixoloq belə halları müşahidə edir: “Namus anlayışı vicdani və beyinlə dərk ediləsi bir anlayışdır. Ümumiyyətlə namus deyə bir anlayış yoxdur. Bu sadəcə köhnə “mental dəyərlərdən” qalma bir anlayışdır. Əxlaq geyimlə ölçülmür. Elə qapalı geyinən qadınlar varki, qapalı geyimlə sadəcə özlərini sığortalayırlar. Belə qadınlar xəyanət edir, əxlaqsızlıqla məşğul olurlar. İnsan davranışına, psixologiyasına, xəyanətinə açıq geyimin heç bir adiyyatı yoxdur. Bu cür düşünən insanlar beyinləri inkişaf etməmiş insanlardır. Onlar hələdə anlaya bilmirlər ki, geyimin yanlış yolda olmaqla heç bir əlaqəsi yoxdur.
İnsanın qanında əxlaqsızlıq varsa, istər açıq geyinsin, istərsə də qapalı geyinsin heç bir adiyyatı yoxdur. Qaydaların ən sərt olduğu ölkələrdə, qadınların qapalı geyindiyi müsəlman ölkələrində kişilər qadınlara daha çox baxırlar. Məsələn, Misirdə kişilər qadınlara gözləri ilə təcavüz edirlər. Ancaq Avropa ölkələrində qadınlar daha açıq-saçıq geyinir. Onlara kişilər baxmır. Məsələn, İtaliyada kişilər qadınlara baxmırlar. Çünki onlarda hər şey əlçatandır. İnsana nəyisə olmaz desən, o daha çox onunla maraqlanacaq. Qadın hicab taxıb, hər gün həcc ziyarətinədə gedə bilər ancaq araşdıranda görərsiz ki, namusdan xəbəri yoxdur”.
Müəllif: İlkin Məmmədkərimov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 30 Oktyabr 2025 15:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















