Belə səhvlər ailə üzvlərinizin həyatına son qoya bilər Baş DYPİ dən valideynlərə ÇAĞIRIŞ
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Gənc atanın övladını "BMW"nin sükanı arxasına oturtması faciə ilə nəticələnib".
Avtosfer.az xəbər verir ki, bu sözləri Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Baş DYP İdarəsinin rəsmisi Mübariz Ağayev bildirib. Onun sözlərinə görə, hadisə ötən gün baş verib və ata öz həyətində övladını sükan arxasına əyləşdirib:
"BMW" avtomobili ilə bağlı hamımızın məlumatı var. Deyirlər ki, bu maşın hərəkət edih sonra düşünür. 7 yaşlı uşağı bu maşının sükanı arxasına əyləşdirib. Uşaq da maşının içində sürüşüb qaz pedalını sıxmışdı. Nəticədə, maşın hasara çırpılıb. Uşaq maşının deformasiyası səbəbilə hadisə yerində həyatını itirib. Biz valideynlərə bununla bağlı çağırış edirik ki, belə hərəkətlərə yol verməsinlər. Kiçik səhvlər özünüzün, ailə üzvlərinizin həyatına son qoya bilər. Bu hadisə təkcə o atanın ağrısı deyil, bütöv bir cəmiyyətin ağrısıdır".
Səfər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 22 Oktyabr 2025 12:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















