Icma.az
close
up
RU
Belə tədbirlərin digər ölkələrdə də eyni səmimiyyət və fədakarlıqla keçirilməsi üçün çalışmaq lazımdır Şamil Ayrım DANIŞDI

Belə tədbirlərin digər ölkələrdə də eyni səmimiyyət və fədakarlıqla keçirilməsi üçün çalışmaq lazımdır Şamil Ayrım DANIŞDI

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Yeni Azərbaycan Partiyası artıq dörd ildir ki, bu beynəlxalq konfransları təşkil edir. Bu, həmin tədbirlərin dördüncüsüdür. Mən əvvəlki konfranslarda da iştirak etmişəm. Mənim rəhbərlik etdiyim panelin mövzusu “Ədalət naminə həmrəylik və bu sahədə siyasi partiyaların rolu” idi. Paneldə çox gözəl çıxışlar səsləndi". Bu sözləri SİA-ya açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü Şamil Ayrım deyib.

Onun sözlərinə görə, məndən əvvəl keçirilən panellərdə də olduqca maraqlı çıxışlar olmuşdu. Ümumi nəticə isə belə oldu: ədalət üçün sülh hər kəsə lazımdır, sülh heç kimə ziyan gətirmir və bu mövzu ətrafında ortaq fikir formalaşdı. Bu, həqiqətən də vacib məsələdir. Biz deyirik ki, bu müharibələr dayansın, Qəzzada günahsız insanlar ölməsin: "Ukraynadakı bu müharibə bitsin – yazıqdı. Eləcə də nə bilim, İranda baş verən son toqquşmalar – bunların hamısı dayansın. Bu dünya bizim dünyamızdır, gedəcəyimiz başqa bir dünya yoxdur. Buradakı bütün iştirakçılar sülhün, dialoqun tərəfdarı olduqlarını bildirdilər. Bu, çox gözəl bir tədbir oldu.

Mən şəxsən düşünürəm ki, belə tədbirlərin digər ölkələrdə də eyni səmimiyyət və fədakarlıqla keçirilməsi üçün çalışmaq lazımdır. Mən, Qafqazın parlayan ulduzu olan Azərbaycanın bu təşəbbüsünü alqışlayıram. Bu tədbir münasibətilə bir daha təbrik edirəm. Hörmətli Prezident İlham Əliyevə sayqı və ehtiramımı bildirirəm.

Bu, həqiqətən də çox önəmli bir tədbir idi. Azərbaycanımızın qonağı olduq, çox dəyərli çıxışçılar iştirak etdilər, onların fikirləri bizə yol göstərdi. Bu cür toplantılar hər il Azərbaycan tərəfindən təşkil olunur. Bilirsiniz ki, Azərbaycan beynəlxalq miqyasda səslənən COP29 tədbirinə də ev sahibliyi etmişdi.

Bu da çox önəmli bir tədbir idi. Azərbaycanın belə böyük dövlətlərdən daha artıq səylə çalışaraq tədbiri uğurla həyata keçirməsi təqdirəlayiqdir. Təxminən 70 ölkənin liderləri və nümayəndələri bu tədbirdə iştirak etdilər.

70 min, hətta 100 minə yaxın qonaq Azərbaycanda qarşılandı. Çoxmədəniyyətli tədbirlər təşkil edildi, dinlərarası dialoq toplantıları keçirildi. Biz bu tədbirlərə böyük önəm veririk. Azərbaycanda həmçinin idman yarışları – Aralıq dənizi oyunları, İslam Həmrəyliyi Oyunları keçirilmişdir. Bütün bunlar bizim üçün əhəmiyyətlidir. Bu baxımdan tədbirdən çox məmnun qaldıq və sizə də uğurlar arzu edirik".

Şamil Ayrım sözlərinə davam edərək bildirdi ki, Ermənistanla sülh müqaviləsində artıq son mərhələyə gəlinib. 2020-ci ildə İkinci Qarabağ Müharibəsindən dərhal sonra üçtərəfli bir bəyanat imzalanmışdı. Bu, atəşkəs haqqında bir sənəd idi. Orada 9 maddə var idi. Həmin maddələrdən biri – hərçənd ki, ad olaraq qeyd olunmur – Zəngəzur dəhlizinin açılması məsələsi idi.

Sonrakı proseslərdə Azərbaycan və Ermənistan tərəfləri davamlı sülh müqaviləsi bağlamaq üçün danışıqlar apardılar. Nümayəndə heyətləri yaradıldı. Mənim bildiyimə görə, hazırda 17 maddədən ibarət müqavilənin 7 maddəsi üzrə razılaşma əldə olunub, 2 maddə üzrə isə razılıq hələ əldə olunmayıb.

Bunlardan biri mənim çıxışımda da vurğuladığım məsələdir – Ermənistan Konstitusiyasında Qarabağın guya Ermənistana aid olduğunu bildirən bir maddə mövcuddur. Bu da 1991-ci ildə Ermənistan müstəqilliyini elan edərkən qəbul etdiyi Müstəqillik Bəyannaməsindən qaynaqlanır. Orada Qarabağın Ermənistana məxsus olduğu, hətta Türkiyənin şərqinin və daha bir neçə ölkənin torpaqlarının da "böyük Ermənistan" xülyasının tərkib hissəsi olduğu qeyd olunur.

Azərbaycan haqlı olaraq bildirir ki, başqa bir ölkənin torpağını öz konstitusiyasında qeyd edən bir dövlətlə sülh sazişi imzalamaq doğru olmaz.

İkinci məsələ isə ATƏT-in Minsk Qrupudur. Bildiyiniz kimi, bu qurum 30 il ərzində bu münaqişəni həll etmədi. Sonda Azərbaycan 3000 şəhid verərək problemi özü həll etdi. Allah şəhidlərimizə rəhmət eləsin.

Azərbaycan Minsk Qrupunun ləğv olunmasını istəyir. Bu baxımdan Ermənistanla birgə beynəlxalq müraciətlərdə qeyd edilir ki, nə ABŞ-a, nə Rusiyaya, nə də digər dövlətlərə bu məsələdə vasitəçilik üçün ehtiyac yoxdur. Biz bu problemi öz aramızda həll edə bilərik, deyirlər.

Hazırda bu iki maddə üzrə Ermənistan tərəfindən addım atılması gözlənilir. Təşəkkür edirəm".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 İyun 2025 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see237

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see236

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see234

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see227

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see195

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see188

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see181

Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb

04 Fevral 2026 14:33see168

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see166

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see166

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see162

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see160

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see159

Aktau və Kəraçi limanları logistika sahəsində əməkdaşlığın inkişafı barədə razılığa gəlib

04 Fevral 2026 20:04see157

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see153

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see153

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see152

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see151

Zelenski müharibənin bitmə tarixini açıqladı: İlk dəfə etiraf etdi

05 Fevral 2026 00:53see148

“Avropa artıq ABŞ ın çətiri altında deyil!”

03 Fevral 2026 22:23see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri