Icma.az
close
up
RU
Belə yaşamağa dəyər, Abid müəllim!

Belə yaşamağa dəyər, Abid müəllim!

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Məhəmməd Altunbayın həyatı və yaradıcılığı”.  AMEA Nizami adına Ədəbiyyat İnstitutu Azərbaycan mühacirət ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, prof. Abid Tahirlinin  yeni monoqrafiyası Azərbaycan ədəbiyyatşünaslığının mühacirət dövrü hissəsinin tədqiqində əvəzsiz mənbə sayıla bilər.  Xatırladaq ki, Azərbaycanda repressiya dalğasının gücləndiyi illərdə xaricə mühacirət edən Məhəmməd Altunbay  M.Ə.Rəsulzadənin rəhbərliyi ilə 1949-cu ildə Ankarada təsis olunan Azərbaycan Kültür və Dayanışma Dərnəyinin yaradılmasında yaxından iştirak edib, mətbuatda müxtəlif mövzularda  məqalələrlə çıxış edib. Abid müəllimin yeni monoqrafiyası bu istedadlı yazıçı və publisistin həyat və yaradıcılığının araşdırılması istiqamətində hələlik  ilk və ən sanballı tədqiqat işi sayıla bilər.

Bu gün  69-cu payızına vida deyib ömrünün 70-ci pilləsinə qədəm qoyan prof. Abid Tahirli Azərbaycan ədəbiyyatşünaslığında mühacirətşünas alim, bu sahədə öz dəsti -xətti olan tədqiqatçı, söz sahibi kimi tanınır. “İllər bir-birini əvəz edir, ancaq onun iş görmək, yaradıcılıqla məşğul olmaq enerjisi heç vəchlə azalmır. İllər bu enerjini zəiflətməkdə gücsüzdür və o, dediyim həmin jurnalist çağlarında hansı enerji ilə çalışırdısa, bu gün də elə həmin enerji ilə axtarır, tapır, tədqiq edir, xalqa çatdırır”. Yazıçı Elçinin  prof. Abid Tahirli haqqında dediklərini bu yaradıcı insanla ünsiyyətdə olanların, onunla birgə çalışanların hamısı birmənalı təsdiqləyər.  Prof. Abid Tahirli Azərbaycan ədəbiyyatşünaslıq elminin, publisistikasının o parlaq simalarındandır ki, yazıb yaratmaq həvəsləri heç vaxt tükənmir, yaradıcılıq enerjiləri ilhamları kimi daima coşub-daşır, yazıb yaratmaq hissi həyat, yaşam ideallarıdır.

Prof. Abid Tahirlinin dövrü mətbuatda nəşr etdirdiyi sanballı məqalələr, araşdırma materiallar onun necə məhsuldar alim olduğunun göstəricisidir. Bu yaradıcı insanın ən üstün cəhəti  peşəsinə qəlbən bağlı olması, azalmayan “qələm” sevgisidir. Tədqiqatlarında faktların  dəqiqliyi, dürüstlüyü, yazı dilinin şirinliyi, səmimiliyi Abid müəllimin ziyalı şəxsiyyətinin xarakterik xüsusiyyətlərindəndir. Akademik İsa Həbibbəyli “Abid Tahirli geniş mənada elmi-publisist əsərləri ilə azərbaycançılıq ideyalarına ləyaqətlə və uğurla xidmət edən vətəndaş ziyalıdır”,  prof. Rüstəm Kamal “Abid Tahirlinin özünəməxsus xatirə üslubu var. Bir-iki detalla portreti canlandıra bilir” deyir. Görkəmli ədəbiyyatşünas alim Xeyrulla Məmmədov Abid Tahirlini tədqiq etdiyi sahənin “lokomotivi” sayır, prof.  Məhərrəm Qasımlı onun elmi fəaliyyətini  “bir mücadilə” adlandırır. Prof. İslam Qəribli “Abid Tahirli mühacirət dövrü ədəbiyyatımızı, publisistikamızı elmi müstəvidə təhlilə cəlb edən, elmə gətirən söz adamıdır, alimdir. O, ədəbiyyat tarximizin bu hissəsini ilmə-ilmə çözməkdədir”  fikrindədir. Prof. Nizaməddin Şəmsizadə Abid müəllimin xasiyyətini doğulduğu, böyüyüb başa catdığı diyarın təbiəti ilə müqayisə edir…

Abid Tahirli  ədəbiyyatşünaslığımızın, mətbuat tariximizin araşdırılmağa daha çox ehtiyac duyulan, əsas hissəsi hələ də yazılmamış qalan mühacirət hissəsinin tədqiqi yolunda 30 ildən çoxdur ki,  Fərhad kimi “külüng” çalır. Mübaliğəsiz deyə bilərik ki, Azərbaycan ədəbiyyatının və mətbuat tarixinin mühacirət dövrü hissəsinin araşdırılmasında, tədqiqində bu vətənpərvər alimin əməyi əvəzsizdir. Nəzərə alaq ki, Abid müəllim bu şərəfli missiyasına başlayanda Azərbaycan  müstəqilliyini əldə etməmişdi, hələ əmrlər, tapşırıqlar yuxarıdan gəlirdi, çap olunan yazılar sözbəsöz “Qlavlit”in süzgəcindən keçirilirdi. Bütün bu qadağalara baxmayaraq  Abid Tahirlinin 1985-1990-cı illərdəki publisist yaradıcılığında azadlıq ab-havasının rayihəsi arıq hiss olunmaqda, duyulmaqda idi.  Abid Tahirli 1987-ci ilin sonunda Xaricdə Yaşayan Həmvətənlərlə Mədəni Əlaqələr Cəmiyyəti-“Vətən” Cəmiyyəti təsis edildikdən sonra “Odlar yurdu” qəzetində əvvəlcə müxbir, sonralar böyük müxbir, məsul katib, redaktor müavini vəzifələrində  çalışanda bir vətənpərvər  jurnalist kimi bacarığını ortaya qoydu.  Xatırlayaq ki, “Odlar yurdu” həmin illərdə  respublikamızda, eləcə də xaricdə yaşayan həmvətənlərimiz arasında ən populyar (tirajı iki yüz əlli min) qəzet idi.

Abid Tahirli publisistik fəaliyyətini həmişə elmi fəaliyyəti ilə paralel aparıb, qoşa qanad kimi.  Azərbaycan tarixinin ən keşməkeşli dövründə-1988-1990-cı illərdə mühacirət dövrünü araşdırmaq, bu istiqamətdə  tədqiqat aparmaq sizə asan gəlməsin. Abid müəllim bu gücü özündə taparaq  C.Hacıbəylinin ilk elmi araşdırmaçısı oldu. Ceyhun bəyin həyatı və yaradıcılığını dərindən araşdıran tədqiqatçı 1997-ci ildə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda “Ceyhun Hacıbəylinin həyat və yaradıcılığı” (mühacirətəqədərki dövr) mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri namizədi,  2006-cı ildə “Azərbaycan mühacirət mətbuatında publisistika (1921-1991)” mövzusunda doktorluq işini  uğurla müdafiə edərək filologiya elmləri doktoru adına layiq görüldü.

Qeyd edək ki,  təkcə 2001-ci ildən bu yana prof. Abid Tahirlinin 20-yə qədər elmi kitabı, 100-ə qədər elmi məqaləsi çap olunub. Bədii-publisistik yazılarının dəqiq sayını yəqin heç özü də bilmir. Abid Tahirli müntəzəm olaraq informasiya portallarında, dövrü mətbuatda maraqlı yazılarla, esselərlə, şeir və hekayələrlə çıxış edir. O, həm də sosial şəbəkələrdə aktivliyi ilə seçilən yaradıcı ziyalılardandır. Ölkədə, dünyada baş verən maraqlı proseslərə anında reaksiyasını bildirir, bir vətənpərvər ziyalı kimi mövqeyini ortaya qoyur, fikirlərini çaxsaylı izləyiciləri ilə bölüşür, polemikaya girməkdən çəkinmir.

Mühacirət ədəbiyyatımızın, mətbuatımızın yorulmaz tədqiqatçısı, alim,  yazıçı-publisist, müəllim, işıqlı insan-prof. Abid Tahirli haqqında  çox söz demək olar. Şair Nazim Hikmət “Ən gözəl sözlər hələ deyilməmiş sözlərdir” deyir. Deyəcəyimiz çox sözləri görkəmli ədibin növbəti doğum gününə-70 illik yubileyinə töhfə kimi saxlayaq. Yeri gəlmişkən, bu yaxınlarda Abid Tahirlinin  yeni “Abay Dağlının həyat və yaradıcılığı” monoqrafiyası da  işıq üzü görəcək. Bu monoqrafiyanı əlyazmasında oxuduğum üçün tam səmimiyyəti ilə deyirəm-bu Abid Tahirlinin ən sanballı tədqiqat işlərindən biridir. Abid müəllim qələmindən bərk-bərk yapışan, onu kütləşməyə qoymayan söz adamı olduğu üçün əminliklə deyə bilərəm ki, hələ onun çox əsərlərinin oxucusu olacağıq. İnşallah!

Şair Məmməd İsmayıl “Hardasa, hardasa bizi duyan var,hәlә yaşamağa dәyәr bir az da” deyir. Ömrü prof. Abid Tahirli  kimi mənalı, maraqlı, yaradıcı  yaşamağa dəyər, vallah dəyər!

Esmira İsmayılova

Filologiya üzrə fəlsəfə doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Dekabr 2024 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see529

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see396

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see295

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see290

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see289

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see284

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see276

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see259

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see257

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see253

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see246

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see234

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see227

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see220

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see220

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see200

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see191

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see184

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see181

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri