Icma.az
close
up
RU
Belə yaşamaq asan deyil

Belə yaşamaq asan deyil

Icma.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.

"Avroviziya" təmsilçilərimizdən olan Tural və Turan Bağmanov sosial media hesablarında paylaşım ediblər. 

Axşam.az-ın məlumatına görə, əkizlər onların ünvanlarına yazılan tənqidlərə cavab veriblər:

"İnsanlar nə etsək danışırlar. Bu ictimai qınaqlardan bezmişəm, yorulmuşam. İzah edirəm, qulaq asın. Dostlarımız ingiliscə danışırlar, kinoya, seriala ingiliscə baxırıq. Kitabları bu dildə oxuyuruq. Azərbaycanca çox səlis şəkildə danışdığımı iddia etməmişəm və danışmıram da. Heç kəs mükəmməl deyil və olmaq məcburiyyətində də deyil. Bu, mənim təbii halımdır. İstifadə etdiyim sözləri rusca desəydim bu, heç kimi qıcıqlandırmazdı. Bu da eyni prinsipdir. Nə etsək gündəm oluruq. 

Siz elə bilirsiniz ki, heçə nə bizim vecimizə deyil. Lakin açığını desəm, belə yaşamaq heç də asan deyil. Bəzən nifrət etmək, əsəb qusmaq və alovlanmaq istəyirəm. Ağladığım da olur. Lakin sonda hər daim seçimimiz var: sevgi ilə qorxu arasında. Qısqanclıq, qorxu, nifrət - belə emosiyalar inamsızlıqdan və sevgisizlikdən meydana gəlir. Atası "eşşək kimi döyür" sonra "səni çox istədiyimdən belə etdim" deyir. Sonra o uşaq böyüyür və eyni prinsipi yetkinliyə daşıyır. Halbuki insanın təbii forması çox gözəldir, narın, bir o qədər də həssasdır. Bir balaca pis söz onu kirlədə bilər. Əslində biz özümüzü həyatda tez-tez ləkələrdən, çirkdən qorumağa çalışarkən müşahidə edirik ki, bəzi insanlar palçığa o qədər batıblar ki, gözəlliyə olan bütün inamları ölüb və sizin inamınızı öldürməyə meyl salıblar. Bunlar ümidsiz, qısqanc və nifrət dolu məxluqlardırlar. Gözəlliyi gördükləri an öldürmək istəyirlər. Çünki bu, onlara öz çatışmazlıqlarını xatırladır. Dostoyevski isə deyir, bir insanı öldürmək günahdır, amma onun gözəlliyə olan inamını öldürmək 10 qat daha dəhşətlidir. Saflığınızı qoruyun. Çirklənibsinizsə, təmizlənin. Hər birinizin sağlamlığı diləyi ilə...".

Xatırladaq ki, Tural və Turan bir neçə gün əvvəl "Full şou" verilişində qonaq olublar. Onların proqramda ingiliscə sözlərdən istifadə etməsi izləyicilər tərəfindən tənqidlə qarşılanıb.

Qeyd edək ki, Azərbaycanı "Avroviziya 2023"də təmsil edən "Tell me more" mahnısı ilə birinci yarımfinalda səhnəyə çıxan təmsilçilərimiz Tural və Turan Bağmanov qardaşları finala vəsiqə qazana bilməmişdi. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://axsam.az
archiveBu xəbər 03 İyun 2025 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see305

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see289

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see274

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see272

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see234

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see231

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see216

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see216

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see213

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see211

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see209

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see207

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see203

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see198

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see195

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see187

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see184

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see183

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri