Icma.az
close
up
RU
“Belə zəfər tarixçəsi olan komandanın bir hissəsi olmaq böyük sevincdir” Brianna Freyzerin ə MÜSAHİBƏSİ

“Belə zəfər tarixçəsi olan komandanın bir hissəsi olmaq böyük sevincdir” Brianna Freyzerin ə MÜSAHİBƏSİ

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın 3x3 basketbol üzrə qadın milli komandası ardıcıl üçüncü dəfə İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb. Lakin heyətdə belə uğuru ilk dəfə yaşayan bir basketbolçu var. Söhbət İdman.Biz-in suallarına cavab verən Brianna Freyzerdən gedir.

- Azərbaycan millisi İslamiadada üçüncü dəfə qələbə qazandı, amma bu cür turnirdə sizin üçün ilk qızıl medaldır. Bu nailiyyəti necə qiymətləndirirsiniz?

- Mənim üçün bu qızıl həqiqətən çox özəldir. Təkcə sevinci yox, həm də böyük məsuliyyət hiss edirəm – artıq belə zəfər tarixçəsi olan bir komandanın bir hissəsi olmaq sözün əsl mənasında qürurvericidir. Bu, sadəcə medal deyil, doğru istiqamətdə irəlilədiyimizi təsdiqləyən bir göstəricidir. Bu uğura öz töhfəmi verə bildiyim üçün qürur duyuram.

- Turnirin gedişinə baxanda, finalda Türkiyə ilə qarşılaşma gözlənilən idi?

- Belə də demək olar. Türkiyə regionun ən stabil və güclü komandalarından biridir və turnir boyu hiss olunurdu ki, gec-tez qarşılaşacağıq. Rəqibin oyun üslubunu bilirdik və qarşılaşmanın gərgin keçəcəyini anlayırdıq. Elə də oldu.

- Ər-Riyadda yarış atmosferi necə idi?

- Atmosfer inanılmaz idi. Azarkeşlər əsl idman bayramı ab-havası yaradırdılar. Gərgin oyunlarda belə tribunalardakı enerji diqqəti qorumağa və güc toplamağa kömək edirdi. Xüsusən də komandanı fərdi şəkildə dəstəkləyənlər çox olanda. Buna görə bizimlə yaşayan, bizi dəstəkləyən hər kəsə təşəkkür edirəm.

- Milli komanda bu mövsüm də beynəlxalq arenada özünü göstərdi: Avropa çempionatında “gümüş”, Dünya Liqasının finalında ikinci yer. Bu ili inqilabi mövsüm saymaq olar?

- Razıyam. Əgər ötən mövsüm komanda yeni səviyyəyə yüksəlibsə, bu mövsüm həmin səviyyəni qorumağı bacardığını göstərdi. Daha stabil olmuşuq, oyunların həlledici məqamlarına daha inamla nəzarət edirik. Amma yaxşı bilirik ki, üzərində işləməli olduğumuz məqamlar hələ çoxdur, xüsusən də daim liderlər sırasında olmaq istəyiriksə.

- Hazırkı heyəti tam uyğunlaşmış hesab etmək olar, yoxsa inkişafın həddi yoxdur?

- İnkişafın həddi yoxdur - bu, tam olaraq bizə aiddir. Meydanda bir-birimizi yaxşı anlayırıq, hər kəsin güclü tərəflərini bilirik. Amma 3x3 formatında daim inkişaf vacibdir: qərarların sürəti, qarşılıqlı kömək, müxtəlif taktiki variantlar. Biz kollektiv kimi hələ də böyüməkdəyik və bu, məni sevindirir.

- Son sual uzunmüddətli planlarla bağlıdır. Yəqin ki, əsas hədəf Los-Anceles Olimpiadasıdır. Bu istiqamətdə ilkin plan varmı?

- Olimpiada, əlbəttə, əsas hədəfdir. Amma biz ona uzun yolun son nöqtəsi kimi baxırıq. Hazırkı əsas plan - heyəti gücləndirmək, daha çox beynəlxalq turnirdə iştirak etmək, statistikanı yaxşılaşdırmaq və reytinq xalları toplamaqdır. Los-Ancelesə sadəcə iştirak üçün yox, yüksək yerlər uğrunda mübarizə aparmaq üçün yollanmaq istəyirik. İş artıq başlayıb.

Zəki Feyzullayev

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 20 Noyabr 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see344

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see247

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see211

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see204

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see190

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see188

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see162

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see159

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see158

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see152

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see145

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see142

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see142

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see140

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see140

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see140

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see138

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see136

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see135

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri