Bələdiyyə Ankaradakı su kəsintiləri ilə bağlı açıqlama yayıb SOS
Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.
Ankara Böyükşəhər Bələdiyyəsi bildirib ki, 2025-ci il hidroloji göstəricilərə görə son 50 ilin ən quraq ili olub. Barajlara daxil olan su tarixi minimum səviyyəyə enib, adambaşına düşən gündəlik su miqdarı 55 litrə qədər azalıb.
Sherg.az xəbər verir ki, Ankara Böyükşəhər Bələdiyyəsi “Ankaraya həftələrdir su verilmir” iddiasının reallığı əks etdirmədiyini vurğulayıb. Quraqlıq səbəbindən suyun ədalətli və dayanıqlı idarə olunmasının zəruri olduğu qeyd edilib.
Açıqlamaya görə, barajlara daxil olan su həcmi 2023-cü ildə 661 mln m³, 2024-cü ildə 404 mln m³, 2025-ci ildə isə 182 mln m³-ə düşüb. Yüksək temperatur buxarlanmanı artıraraq istifadə edilə bilən suyu təxminən 10% azaldıb. Ankara üzrə ən azı 170 mln m³ su çatışmazlığı var.
ABB və ASKİ su israfının qarşısını almaq üçün tədbirlər gördüyünü, mövcud imkanların səfərbər edildiyini və quraqlıqla mübarizənin əsassız iddialarla kölgələnməməli olduğunu bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 07 Yanvar 2026 20:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















