Icma.az
close
up
RU
Bələdiyyə seçkiləri ilə əlaqədar YAPın Mərkəzi Seçki

Bələdiyyə seçkiləri ilə əlaqədar YAPın Mərkəzi Seçki

Azvision portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov demokratik inkişaf yolunda əmin addımlarla irəliləyən Azərbaycanın daha bir mühüm ictimai-siyasi proses ərəfəsində olduğunu qeyd edib.
“Məlum olduğu kimi, 2025-ci il yanvarın 29-da ölkəmizdə növbəti bələdiyyə seçkiləri keçiriləcək. Siyasi sistemin aparıcı qüvvəsi olan YAP indiyədək bütün seçkilərə yüksək səviyyədə hazırlaşıb və inamlı qələbələrə imza atıb. Xalqın etimadını layiqincə doğruldan YAP növbəti bələdiyyə seçkilərinə də yeni reallıqlar və çağırışlar fonunda böyük qələbə əzmi ilə qatılır”, - deyən Tahir Budaqov bələdiyyə seçkilərinin keçiriləcəyi 118 seçki dairəsinin hər biri üzrə YAP-ın öz namizədlərini irəli sürəcəyini diqqətə çatdırıb.
Sonra iclasın gündəliyində olan məsələlər haqqında məlumat verilib.
İclasda ilk olaraq “Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Tədbirlər Planı” müzakirə edilərək təsdiq olunub.
Daha sonra Yeni Azərbaycan Partiyasının 19 nəfərdən ibarət Mərkəzi Seçki Qərargahının yaradılması haqqında qərar qəbul olunub.
İdarə Heyətinin qərarı ilə Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi, həmçinin səsvermə gününədək seçki komissiyalarının iclaslarını müşahidə edəcək şəxslər təyin edilib.
İclasda çıxış edən YAP Sədrinin müavini Əli Əhmədov, partiyanın İdarə Heyətinin üzvləri Arif Rəhimzadə, Hikmət Məmmədov, Mübariz Qurbanlı və Aynur Sofiyeva seçki kampaniyasının uğurla həyata keçirilməsi üçün qarşıda duran vəzifələrdən danışıblar.
İclasa yekun vuran Tahir Budaqov əvvəlki seçkilərdə olduğu kimi, bələdiyyə seçkilərinin də mütəşəkkil həyata keçirilməsi üçün partiyanın bütün resurslarının cəlb olunacağına əminliyini ifadə edib və bu prosesdə iştirak edəcək partiya üzvlərinə müvəffəqiyyətlər arzulayıb.
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://azvision.az
archiveBu xəbər 02 Dekabr 2024 23:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see367

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see325

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see287

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see263

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see260

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see251

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see240

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see234

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see232

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see219

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see215

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see213

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see211

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see208

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see207

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see202

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see202

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see195

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see195

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri