Icma.az
close
up
RU
Bələdiyyə sədri ona rüşvət verdiyini deyən kənd sakinini cəzalandırdı

Bələdiyyə sədri ona rüşvət verdiyini deyən kənd sakinini cəzalandırdı

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Tovuz rayonunun Əyyublu kənd sakini Təvəkkül Bayramov bələdiyyə sədrinin ondan rüşvət aldığını dediyinə görə cəzalandırılıb.

Bizimyol.info xəbər verir ki, 66 yaşlı Təvəkkül Bayramov bildirir ki, bələdiyyə sədri Yaşar Məmmədov torpaq sahəsinə görə ondan 3200 manat pul istəyib. Onun sözlərinə görə, bu pulu verməyə razılaşıb və onu həmin vaxt Əyyublu bələdiyyəsinin torpaqşünası işləyən Fərruxa verərək, onun vasitəsilə göndərib.

Həmin torpaq sahəsinə materiallar gətirdərək, orada tikinti aparmaq istəyəndə icra hakimiyyətinin nümayəndələri gəlib və icazə verməyib. Bundan sonra Təvəkkül Bayramov “Qərb Region TV” internet televiziyasına müsahibəsində bələdiyyə sədri Yaşar Məmmədovun ondan rüşvət aldığını deyib.

Buna görə Yaşar Məmmədov kənd sakinini xüsusi ittiham qaydasında məhkəməyə verib. Onun Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə cəzalandırılması üçün məhkəmədə iddia qaldırıb.

Təvəkkül Bayramov məhkəmədə özünü təqsirli bilməyib. O bildirib ki, Tovuz Rayon İcra Başcısına müraciət edərək, ona torpaq sahəsi ayrılmasını xahiş etmişdi. Müraciətinə müsbət cavab verilib və ona torpaq sahəsi ayrılıb. Lakin sahəsi kçik olduğuna görə həmin dövrdə bələdiyyənin sədri olan Yaşar Məmmədova müraciət edərək, əlavə torpaq sahəsi istəyib. Onun sözlərinə görə, Yaşar Məmmədov bunun üçün 3200 manat istəyib: “Razılaşdım və pulu həmin vaxtı bələdiyyənin torpaqşünası Fərruxa verdim. Həmin torpaq sahəsinə tikinti materialları gətirtdim. İcra hakimiyyətinin işçiləri gəlib, tikintiyə icazə verməyəndə başa düşdüm ki, Yaşar məni aldadıb, pulumu alıb. Pulu Fərruxa vermişəm, amma o da Yaşarın göstərişi ilə hərəkət edir. Ona görə müsahibə verib, olanları demişəm”.

Məhkəmədə dindirilən şahidlər Təvəkkül Bayramovla bələdiyyənin işçisi Fərrux arasında pul söhbəti olduğunu təsdiqləyib. Şahidlər bildirib ki, onları birlikdə söhbət edərkən, həmin vaxt Fərruxu pul sayarkən görüblər. Lakin məhkəmə qərara gəlib ki, Fərruxa pul verilməsi təsdiqlənsə belə, bu, Yaşar Məmmədova verilməsi anlamına gəlmir.

II qrup əlil olan 66 yaşlı Təvəkkül Bayramov həm təhqir, həm də böhtana görə təqsirli bilinib. Ona 1 il 6 ay azadlığın məhdudlaşdırılması və 1000 manat cərimə cəzası verilib. O, il yarım ərzində gecə saat 23.00-dan səhər saat 07.00-a qədər Tovuz rayonunun ərazisini tərk edə bilməz.

Aytən, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 29 Dekabr 2025 23:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see208

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see149

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see139

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri