Icma.az
close
up
RU
Bələdiyyə torpaqlarını necə sənədləşdirə və “kupça” ala bilərik?

Bələdiyyə torpaqlarını necə sənədləşdirə və “kupça” ala bilərik?

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bələdiyyə torpaqlarının sənədləşdirilməsi uzun illərdir vətəndaşların üzləşdiyi ən problemli hüquqi məsələlərdən biri olaraq qalır. Bir çox hallarda torpaq sahəsi alınsa da, sonradan çıxarışın əldə edilməsi zamanı ciddi çətinliklər yaranır. Maraqlıdır, bələdiyyə torpaqlarını sənədləşdirmək mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Tağı Hüseynov bildirib ki, əsas problemlər bələdiyyə tərəfindən təqdim edilən sənədlərdəki texniki və hüquqi çatışmazlıqlardan qaynaqlanır.

Onun sözlərinə görə, vətəndaşlar bələdiyyədən torpaq alarkən sənədlərin tam olduğunu düşünsələr də, alqı-satqı müqaviləsində mühüm bir hissə çox vaxt doldurulmamış qalır:

“Adətən müqavilənin aşağı hissəsində Torpaq və Xəritəçəkmə Komitəsinin qərarının təsdiqi ilə bağlı bölmə olur. Həmin hissə boş saxlanılır. Halbuki bu, ən vacib hissələrdən biridir. Bu məlumat olmadığı üçün vətəndaşlar sənədləri Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim etdikdə imtina cavabı alırlar və əsas səbəb kimi də məhz bu çatışmazlıq göstərilir”.

Hüquqşünas qeyd edib ki, buna baxmayaraq, belə hallarda çıxış yolu tam bağlanmış hesab edilmir. Onun sözlərinə görə, müəyyən hallarda məhkəmə yolu ilə torpaq sahəsinin sənədləşdirilməsi mümkündür:

“Əgər vətəndaşın bələdiyyədən aldığı torpaq sahəsi varsa və sənədlərində qeyd olunan çatışmazlıq mövcuddursa, lakin həmin ərazidə qonşular eyni qaydada torpaq alıb və artıq çıxarış əldə ediblərsə, bu fakt məhkəmədə əsas kimi göstərilə bilər. Belə hallarda vətəndaş məhkəməyə müraciət edərək hüququnun tanınmasına nail olur”.

Mütəxəssis vətəndaşlara bələdiyyə torpağı alarkən sənədlərin hüquqi ekspertizasını əvvəlcədən aparmağı və xüsusilə təsdiq bölmələrinin doldurulmasına diqqət yetirməyi tövsiyə edir.

Aynurə İsmayıl
KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://konkret.az
archiveBu xəbər 13 Fevral 2026 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see379

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see310

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see309

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see269

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see253

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see205

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see198

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see185

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see184

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see183

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see175

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see172

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see171

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see170

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see169

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see168

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see167

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see167

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see167

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri