Bələdiyyə üzvünə məxsus şirkətə 250 min manatlıq sifariş
Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi küçə və parklarda aparılacaq abadlıq işlərinin satın alınması üzrə tenderə yekun vurub.
Qaynarinfo xəbər verir ki, tenderin qalibi “TD İnşaat” MMC olub. Satınalma üzrə şirkətin təqdim etdiyi təklifin qiyməti 249 603,27 manat təşkil edib. Tender 10 sentyabr 2026-cı il tarixində yekunlaşıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “TD İnşaat” MMC 13 mart 2024-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı cəmi 20 manatdır.
MMC-nin qanuni təmsilçisi Mustafayev Qüvvət Allahverdi oğludur. Şirkət barədə açıq internet resurslarında geniş məlumatlara rast gəlinmir.
Qüvvət Mustafayev haqqında mediada yayılan məlumatlarda onun əvvəllər fəhlələrdən ibarət briqada formalaşdıraraq tikinti işlərinə cəlb etdiyi bildirilir. Həmin məlumatlarda bu fəaliyyətin müxtəlif tikinti şirkətləri ilə rəsmi müqavilə olmadan həyata keçirildiyi iddia olunur.
Maraqlı məqam odur ki, “TD İnşaat” MMC-nin hazırkı qanuni təmsilçisindən əvvəl şirkətə Süleymanov Toğrul Mahir rəhbərlik edib. Araşdırma zamanı onun Xocəsən bələdiyyəsinin üzvü olduğu məlum olub.
Şirkətin təsisçisinin də məhz Toğrul Süleymanov olduğu bildirilir.
Seyid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 10 Sentyabr 2026 17:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















