Bələdiyyələrin inkişafı üçün yeni perspektivlər yaranıb
Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Xaçmaz rayonu, Xaçmaz, Yergüc, Köhnə Xaçmaz, Nərəcan və Çarxı bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov bildirib ki, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmizin dayanıqlı sosial-iqtisadi inkişafı təmin olunub. Onun sözlərinə görə, həyata keçirilən keçirilən tədbirlər bələdiyyə institutunun təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. M.Balaqadaşov yerli özünüidarəetmənin inkişafı üçün yeni perspektivlərin yarandığını diqqətə çatdırıb.
Seçki qərargahının üzvləri Nazim Ağayev, Abasyar Heydərov, bələdiyyə üzvlüyünə namizədlər Ozal Əspəndiyev və Aytac Ramazanova YAP-ın seçki proqramı haqqında ətraflı məlumat verib və bələdiyyələrin yerli əhəmiyyətli məsələlərin həllində rolundan danışaraq seçiciləri Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləməyə çağırıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 14 Yanvar 2025 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















