Bələdiyyələrin istifadəsində olan torpaqlar təhlil olunub, çatışmazlıqlar müəyyənləşdirilib
Icma.az bildirir, Adelet.az portalına istinadən.
"Ədliyyə Nazirliyi tərəfindən təsdiqlənmiş strateji hədəflərə dair 2026-cı il üzrə planda bələdiyyə torpaqlarına dair icarə münasibətlərinin mövcud vəziyyətinin təhlili ilə bağlı müvafiq tapşırıq verilib. Qeyd olunan tapşırıq çərçivəsində tərəfimizdən bələdiyyələrin hazırda istifadədə və icarədə olan torpaqları təhlil olunmuş və bu zaman müəyyən qədər çatışmazlıqların olduğu müəyyənləşdirilib. Bununla bağlı tərəfimizdən artıq metodoloji işə başlanılıb".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisdə keçirilən "Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışından irəli gələn regional inkişaf və yerli özünüidarəetmə sahəsində vəzifələr və çağırışlar” mövzusunda konfransda çıxışı zamanı Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəisi Elmin Həsənov deyib.
"Ödənişlərin bələdiyyə büdcəsinə ödənməsi ilə yanaşı, eyni zamanda düzgün hesablanması, bugünkü bazar qiymətinə uyğunlaşması da bizim əsas təhlilin prioritet istiqamətlərindən biridir. Eyni zamanda torpaqlardan qanunsuz istifadəyə dair tərəfimizdən digər dövlət orqanları ilə də faydalı əməkdaşlıq olunur", - deyə idarə rəisi bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 21 Oktyabr 2026 12:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















