“Bələdiyyələrlə iş” informasiya sistemi haqqında Əsasnamə təsdiqlənib
Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.
“Bələdiyyələrlə iş” informasiya sistemi haqqında Əsasnamə təsdiqlənib. SİA xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, bu Əsasnamə “Bələdiyyələrlə iş” informasiya sisteminin (BİİS) fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.BİİS rəqəmsal texnologiyalardan, o cümlədən informasiya-kommunikasiya texnologiyalarından istifadə yolu ilə Azərbaycanda yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin, habelə digər fiziki və hüquqi şəxslərlə əlaqələrinin operativliyini, səmərəliliyini, şəffaflığını, eləcə də göstərilən xidmətlərin, BİİS-də saxlanılan məlumatların sistemliliyini və əlçatanlığını təmin edir.BİİS-in sahibi və operatoru funksiyalarını Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 04 İyun 2025 19:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















