Beli bükük ağacın əlinə əsa olar kəsilmiş qolu... Günün şeiri
Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu gün şair Rauf Ranın anım günündür.
Kulis.az bu münasibətlə müəllifin "Yuxu yozmaları" şeirini təqdim edir.
Ağaclar yol olar, uzanar ulduzlara, Vinsent,
aypara qaranlıq tərəfindən - yoxluğundan diksinər.
Əl-ələ verər qayıq və yelkən, yarar göy və su üzünü.
Can atar pəncərədən göyə - suyun yuxusuna
sönən şamın son qığılcımı, xəyalında ulduza dönər.
Aldanar görüntüyə, həqiqət sanar.
"La tristesse durera toujours”
Tumurcuqlar yol olar, uzanar torpağa, Vinsent,
beli bükük ağacın əlinə əsa olar kəsilmiş qolu,
çəpər gecə-gündüz dikər gözünü budaqlara
daş tutmuş yuxusunda kök atar torpaq boyu.
Aldanar görüntüyə, həqiqət sanar.
"La tristesse durera toujours”
Tarlalar yol olar, uzanar küləyə, Vinsent,
titrəyən sünbülə cəllad olar aypara,
yaslanası divar bilər özünü ot tayası.
Aldanar görüntüyə, həqiqət sanar.
"La tristesse durera toujours”
Quşlar yol olar, uzanar üfüqə, Vinsent,
cığır hər gün özündən keçər, sonuna çatmaz.
Aldanar görüntüyə, həqiqət sanar.
"La tristesse durera toujours”
Bu verilişə görə MTV ilə bağlı cərimə protokolu yazıldı Bursa vilayətində “Azərbaycan günləri” Dövlət Mahnı Teatrında musiqili-poeziya xeyriyyə konserti keçirildi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:22
Bu xəbər 15 Noyabr 2025 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















