“Bəli, klub futbolçuya borcunu tam ödəyib” Bəxtiyarı bəxtiyar edən vəkil
Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Yığmamızın futbolçusu Bəxtiyar Həsənalızadənin Türkiyənin “Tuzlaspor” klubuna qarşı məhkəmə işi uğurla yekunlaşıb. Bu barədə oyunçunun hüquqlarını müdafiə edən vəkil Elcan Həsənli sosial şəbəkə hesabında paylaşım edib:
“Hüquqlarını müdafiə etdiyimiz Bəxtiyar Həsənalızadənin “Tuzlaspor”a qarşı məhkəmə işini uğurla yekunlaşdırdıq. FİFA-nın Mübahisələrin Həlli Palatasının qərarına əsasən milli futbolçumuza kompensasiya klub tərəfindən ödənilmişdir”.
Türkiyə klubu borclu olduğu bütün pulu verdimi? Klubla münasibətlərinizdə soyuqluq yaranmadı ki? Bu sualları Elcan bəyə ünvanladıq:
“Bəli, klub futbolçuya borcunu qərara uyğun şəkildə tam ödəyib. Klubla hansısa soyuqluq olmadı. Əksinə, münasibətlər daha da yaxşılaşdı”.
ƏSƏD SEYİDOV
Bu mövzuda digər xəbərlər:İki ölkə Suriyanın Dünya Bankına borcunu ödəyib
16 May 2025 22:12
Twilight ulduzu 900 britaniyalının kredit borcunu ödəyib
11 Mart 2025 05:00
Gürcüstan Rusiyaya olan 3,997 milyon dollar borcunu ödəyib…
18 Sentyabr 2025 20:56
“Burada gördükləri hər şeyə “bəli, bəli ” deyirlər, geri dönəndən sonra isə...”
25 Dekabr 2024 23:12
“Türk dünyasının Bəxtiyarı” qiraət müsabiqəsinin seçim mərhələsi başlanıb
16 May 2025 15:36
Baxış sayı:78
Bu xəbər 12 Fevral 2025 13:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















