Icma.az
close
up
RU
Bəlkə də hadisə altında hansısa təxribat yatır Deputatdan İmişlidəki hadisəyə MÜNASİBƏT

Bəlkə də hadisə altında hansısa təxribat yatır Deputatdan İmişlidəki hadisəyə MÜNASİBƏT

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

"Kütləvi tədbirlərdə hər hansı simvollardan istifadə edilməsi yolverilməzdir. Bu qərar həm 9 May bayramına, həm də digərlərinə aiddir. "Georgi lenti" və ya Qırmızı bayraq bir neçə mənanı özündə ifadə edən simvollardır. Lentin tarixi Çar Rusiyası dövrünə təsadüf edir və Rusiya İmperiyasının bir çox ölkələrdə həyata keçirdiyi siyasəti özündə ehtiva edir. SSRİ dövründə isə Çar Rusiyasına aid olan bu simvoldan istifadə edilmirdi. SSRİ dağıldıqdan çox sonra keçmiş postSovet ölkələrində 9 May bayramında "Georgi lenti"nin istifadəsi meyilləri yaranmağa başladı. Simvol 2008-dən sonra Gürcüstanda, 2014-dən etibarən Ukraynada qadağan edildi. Çünki simvol Rusiya İmperiyasını təmsil edirdi".
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov deyib. 
Deputat bildirib ki, İmişlidə baş verən hadisədə isə simvoldan istifadəyə icazə verən şəxslərin siyasi savadsızlığından söhbət gedə bilər:
"Hansısa simvolun mənasını bilməyən adam onun istifadəsinə şərait yaratmamalıdır. Qırmızı bayram sosialist və kommunist ideologiyasının əsas simvollarından biri idi. Bu gün hansısa kütləvi tədbirdə siyasi çağırışları özündə ehtiva edən simvoldan istifadə olunursa, bu, yolverilməz haldır. Beynəlxalq tədbirlərdə bəzən açıq mətn şəklində, bəzən isə müxtəlif simvollarla mesajlar verilir. Simvollar diplomatiyanın dili hesab olunur. İmişlidəki hadisədə əsl niyyətin nədən ibarət olduğu araşdırılmalıdır. Xalqımızın və dövlətimizin 9 May bayramına qarşı münasibəti bəllidir".
Onun sözlərinə görə, Azərbaycanda elə bir ailə yoxdur ki, ailədən kimsə İkinci Dünya Müharibəsindən əziyyət çəkməmiş olsun:
"Müharibədə həlak olanların ruhu hər zaman hörmətlə anılır. Bu qələbədə Azərbaycanın böyük payı olduğunu bütün dünya qəbul edir. İmişlidəki hadisələr fonunda kimsə Çar Rusiyası və ya SSRİ-nin hansına simvolunu istifadə edirsə, bayraq qaldırırsa, bunlar yolverilməzdir. Hər biri siyasi savadsızlıqdan irəli gəlir. Bəlkə də hadisə altında hansısa təxribat yatır. Bütün bunları aidiyyatı orqanlar araşdırıb, lazımlı dəyəri verəcəklər. İctimai şəxs olaraq fikrimcə bu tip simvolların istifadəsi qəti şəkildə yolverilməzdir. İstənilən yerdə hər zaman ayıq-sayıq olaq ki, kimlərsə bu tip simvollardan istifadə edərək təxribat yarada bilməsinlər".
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 May 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see206

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see203

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see191

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see155

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see150

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see150

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri